18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Ramin Musayev: “Qarabağ”ın nəyinə kömək edəcəyik?"

“Ölkə kubokunun püşkatma mərasimində hər birinizi salamlayıram. Arzu edirəm ki, sonda layiqli qalib olsun. Biz də üzərimizə düşəni edəcəyik. Həm kubokda, həm də çempionatda oyunların ədalətli şəkildə keçməsi üçün əlimizdən gələni edəcəyik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Ramin Musayev son turda Premyer Liqada baş verən hakim səhvlərindən də söz açıb: “Bəzən səhvləri rəhbərlərin üzərinə yıxırlar. Amma biz birinci il deyil ki, futboldayıq. Ötən il ölkə kubokunun finalında heç bir səhv olmadı. Hər şey yüksək səviyyədə keçdi. Bu il də elə olmalıdı. Deyirlər ki, “Qarabağ”a yardım edilir. “Qarabağ”ın nəyinə kömək edəcəyik? Komandanın gücü göz qabağındadır. Hansısa sifarişdən, qərəzdən söhbət gedə bilməz. Elə şey olımayıb, ola da bilməz.

Hər kəs səhv edə bilər. Ədas odur ki, qərəz olmasın. Biz hakim səhvlərinə bəraət qazandırmırıq. 3 gün əvvəl hakimlərlər söhbətimiz oldu. 1 epizoda görə bütün hakimlərin fikri haçalandı. Hərənin öz baxışı var. 1 epizod fikir ayrılığına gətirib çıxardı. 50 faizi dedi “var”, 50 faizi dedi “yoxdu”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30