23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Hafiz Məmmədovu İcraiyyə Komitəsindən uzaqlaşdırmağa gücünüz yetməz! YAZI

2 gün əvvəl saytların birində AFFA İcraiyyə Komitəsində ciddi dəyişikliklər olacağı haqda xəbər yer almışdı. Məlumatda qeyd olunurdu ki, növbət konfransda İcraiyyə Komitəsində 3 üzv - Cahangir Hacıyev, Rauf Əliyev və Hafiz Məmmədov qurumdan uzaqlaşdırılacaq. Rauf Əliyevin gedişi hardasa başadüşüləndir. Onsuz da AFFA-nın vitse-prezidenti son zamanlar sanki futboldan uzaq düşüb. Adicə bir məqama diqqət yetirək. Millinin son oyunlarında AFFA prezident Rövnəq Abdullayevin yanında digər vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov və PFL prezidenti Ramin Musayevi görürük.

Rauf Əliyevdən fərqli olaraq Cahangir Hacıyevin öz xoşu ilə komitədən gedəcəyini inandırıcı deyil. Birincisi, Hacıyevin fəxri-prezidenti olduğu “İnter” bu gün də Premyer Liqada çıxışını davam etdirir. Üstəlik, onun komandası liderlər qrupunda yer alır. Digər tərəfdən Beynəlxalq Bankdan gedişinə baxmayaraq, “İnter” hələ də Cahangir Hacıyevin sərəncamındadır. Eynən “İnter Arena” kimi. Klubu və stadionu Hacıyevdən ala bilməyənlər onu İcraiyyə Komitəsindən necə uzaqlaşdıracaqlar?

Və Hafiz Məmmədov. Bu şəxsi Azərbaycanda hamı tanıyır. Onun təkcə futbolumuz üçün deyil, eləcə də Azərbaycanın tanınması, ölkəmizin yalnız Avropada deyil, bütün dünyada reklam olunması baxımından etdiklərini hər kəs bilir. “Land of fire Azerbaijan” - bu brendi artıq bütün dünyada tanıyırlar. Əvvəllər Azərbaycan adı gələndə əcnəbilər “oil” və ya “Caspian sea” deyirdilərsə, indi ölkəmizi həm də “Land of fire Azerbaijan” da qeyd olunur. “Land of fire Azerbaijan” nə Berlində açılan futbol məktəbidir, nə gözdən pərdə asmaq təsiri bağışlayan “top çiləmə festivalı”. Bu layihəni heç hansı işə yaradığı bilinməyən “Mançester Yunayted” məktəbi ilə də müqayisə etmək olmaz.

“Bakı”nın bazasının inşası Hafiz Məmmədovun Azərbaycan futboluna verdiyi ən böyük töhfədir. Bu gün də həmin akademiyada 300 uşaq futbolun sirlərinə yiyələnir. Hamımız bilirik ki, həmin akademiyadan Hafiz Məmmədov maddi baxımdan heç bir qazanc əldə etməyib. Əksinə, daim öz cibindən bazanın infrastrukturunun daha da yaxşılaşdırılması üçün pul xərcləyib.

“Bakı”nın uşaq futbolunda gördüyü işlər, qazandığı nəticələr göz önündədir. Bu gün Azərbaycanda bir “Bakı”dı, bir də “Qəbələ” - hansı ki, öz akademiyası, öz yetirmələri ilə öyünə bilər. Bu gün Premyer Liqanın bütün klublarında “Bakı”nın yetirmələri var: Namiq Ələsgərov, Vuqar Mustafayev, Mahir Mədətov (“Qarabağ”), Aqil Məmmədov, Rəhman Haciyev, Ülvi Süleymanov (“Neftçi”), Vüqar Bəybalayev, Tural Qürbətov, Fərid Quliyev (“Rəvan”), Nurlan Novruzov, Eltun Hüseynov, Hacı Əhmədov (“Zirə”), Şəhriyar Əliyev, Bəxtiyar Soltanov, Azad Kərimov (“Kəpəz”), Vadim Abdullayev (“Qəbələ)

Son zamanlar “Bakı”da yaşanan problemlər klubun əsas stadionunun qazonunun pisləşməsi ilə nəticələndi. Hətta AFFA “Bakı”nın meydançasını gələn il ölkəmizdə keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının oyunlarını qəbul edəcək stadionlar sırasından çıxardı. Amma bu, tələskən qərar idi. Çünki bir neçə gün əvvəl mətbuatda yayılan görüntülər də artıq qazonun yaxşılaşdığını sübut etdi. Qısa müddət sonra həmin stadionun qazonu yenə də ölkənin ən yaxşılarından biri olacaq.  

Bütün bunları deməkdə məqsədimiz Hafiz Məmmədovu tərifləmək deyil. Onsuz da “Bakı”nın prezidentini hamı çox gözəl tanıyır. Sadə insanların duası, dəstəyi daim Məmmədovun yardımı olacaq.

“Bakı”nın icraçı direktoru Yaşar Seyidov ölkə mətbuatına verdiyi müsahibədə Hafiz Məmmədovun İcraiyyə Komitəsindən uzaqlaşdırılması haqda ehtimal barədə danışıb. Hətta deyərdik ki, Seyidov bu məsələyə nöqtə qoyub. Ətraflı şəkildə izah edib ki, “Bakı”nın I divizionda oynaması Məmmədovun İcraiyyə Komitəsindən uzaqlaşdırılmasına əsas vermir. Bu barədə söhbət belə gedə bilməz. “Zolaqlılar”ın müvəqqəti olaraq Premyer Liqadan kənarda qalması heç nə demək deyil. I divizionda çıxış etsə belə, “Bakı” istər yetirmələri, istərsə də infrastrukturu baxımından əksər Premyer Liqa klublarından öndədir. Odur ki, Hafiz Məmmədovu İcraiyyə Komitəsindən uzaqlaşdırmaq barədə heç düşünməyin də...

Futbolxeber.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30