16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“AFFA, PFL və klublar saytlara, televiziya kanallarına oyunların görüntüsünü təqdim edə bilməz”

AFFA və PFL birgə məlumat yayıb. Futbolxeber.az AFFA-nın rəsmi saytında yer alan həmin məlumatı olduğu kimi təqdim edir:

- Məlum olduğu kimi, Topaz Premyer Liqasının oyunlarının yayım hüququ AFFA tərəfindən “CBC Sport” telekanalına satılıb. Xatırladaq ki, “CBC Sport” 700 min manat ödəyərək Topaz Premyer Liqasının eksklüziv yayım hüququna yiyələnib.

AFFA, PFL və klublar saytlara, eləcə də televiziya kanallarına oyunların görüntüsünü təqdim edə bilməz. Nəzərinizə çatdırırıq ki, oyunlar zamanı “CBC Sport” kanalından başqa heç bir televiziya kanalının çəkiliş etmək hüququ yoxdur. Digər televizya kanalının nümayəndələri çəkiliş üçün yalnız mətbuat konfransına buraxılacaqlar.

AFFA və PFL olaraq, bütün saytlardan, televiziya kanallarından xahiş edirik ki, Topaz Premyer Liqasının oyunlarından aparılan videoçəkilişlər, eləcə də yerləşdirilən videoicmalların əldə olunması üçün “CBC Sport” telekanalına müraciət etsinlər.

Anlayışınız üçün təşəkkür edirik.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30