23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Ruslan Abışov: “Keçmişlə bağlı artıq heç nə danışmaq istəmirəm”

“Qəbələ”nin müdafiəçisi Ruslan Abışov Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın VI turu çərçivəsində “Rəvan” üzərində böyükhesablı qələbə (3:0) qazandınız. Qarşılaşma haqda nə deyə bilərsən?

- Bilirdik ki, çətin oyun olacaq. Çempionatda hər komanda digərindən xal ala bilər. “Rəvan” kimi komamndalara ilk dəqiqələədn qol vurmaq lazımdı. Bu halda işin nisbətən asanlaşır. Düzdür, qol bir az gecikdi. Amma əsas odur ki, birinci hissədə fərqləndik. Bundan sonra “Rəvan” irəli atıldı və rəqibin arxa xəttində boşluqlar yarandı. Bu da bizim üçün üstünlük idi.

- Öz oyunu haqda fikirlərin necədir? Ardıcıl 2 oyundur meydana çıxırsan. Artıq Ruslan Abışovun formaya düşdüyünü söyləmək olar?

- Hələ zamana ehtiyacım  var. Keçmişlə bağlı artıq heç nə danışmaq istəmirəm. Məlum səbəblərdən bir müddət oynamadım. Lakin bütün bunlar keçmişdə qalıb. Hazırda yalnız yaxşı formaya düşmək haqda düşünürəm. Tez bir zamanda yenidən millinin də formasını geymək arzusundayam.

- Ölkə çempionatında nə qədər yaxşı oynasan da, avrokuboklarda “Qəbələ”yə kömək edə bilməyəcəksən. Bu məqam motivasiyana mənfi təsir göstərmir?

- Mən dən istərdim ki, Avroliqada “Qəbələ”yə kömək edim. Kənarda izləmək heç də yaxşı deyil. Lakin mənim yoxluğumda belə “Qəbələ”nin Avroliqada inamlı çıxış edəcəyini düşünürəm.

- “Rəvan”la oyunun gedişində kapitan sarğısı 3 dəfə əl dəyişdi. Aleksey Qay meydandan çıxarkən sanki baş məşqçi Roman Qriqorçuk ona sarığını Ürfan Abbasova verməsini istədi. Lakin Qay sarğını sənə verdi. Həmin anda dəqiq olaraq nə baş verdi?

- Mən də kapitan sarğısının Ürfana verilməsinin istədim. Lakin Qay gətirib mənə verdi. Burda problemli bir şey yoxdu. Əsas qələbə qazanmaqdır ki, buna da nail olduq.

- “Qəbələ”nin çempionluq uğrunda əsas rəqibi “Qarabağ”dır” fikri ilə razısan?

- Məncə “Qarabağ”la yanaşı “Inter” və “Neftçi” də çemiponluq uğrunda yarışacaq. Qarşıda hələ çox oyun var. Hər oyunda qələbə qazanmaq lazımdı ki, sonda istəyimizə çataq.

- Əvvəlki “Qəbələ” ilə indiki komanda arasında fərq çoxdu?

- Təbii ki, fərq var. Komanda indi daha çox inkişaf edib. Baş məşqçinin tapşırıqlarını futbolçular hazırda daha yaxşı yerinə yetirir. Üstəlik, heyət də güclənib. Hazırda komandada yüksəksəviyyəli futbolçuların sayı daha çoxdur. Zaman keçdikcə “Qəbələ” daha yüksək səviyyəyə çatacaq.

- Roman Qriqorçukun sənə qarşı münasibətində dəyişiklik yoxdur ki?

- Yox. Elə ilk görüşümüzdə qucaqlaşıb görüşdük. Keçmişdə olanlar keçmişdə də qalıb. Belə məşqçi ilə işləmək hər bir futbolçu üçün xoşdur. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30