24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Şahin Diniyev: “Təəssüf ki, yaxşı oyuna xal verilmir”

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın VI turunda “İnter”ə 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis qarşılaşma haqda bunları deyib: “Əvvəla, bayramınızı təbrik edirəm. Gəncədən buraya gələn azarkeşlərə öz minnətdarlığımı bildirmək istərdim. Çox təəssüf ki, yaxşı oyuna xal verilmir. Mənim komandam indi layiqli yerdə deyil. Çempionatın gedişində öz yerimizi tutacağıq. Futbolçulara təşəkkürümü bildirmək istəyirəm. Maksimum oyun sərgilədilər. Sadəcə, bəxtsizlikdən bu oyunda məğlub olduq. Oyunçular arasında hələ ki anlaşılmazlıq mövcuddur. Zamana ehtiyacımız var. Bugün Prosineçki də oyunu izləyirdi.  İstərdim ki,  “Kəpəz” də milli üçün oyunçu yetişdirsin."İnter”i təbrik edirəm. Şansından maksimum yararlana bildilər. Amma mənim komandam bu oyunda daha yaxşı oynadı və məğlubiyyətə layiq deyildi".

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30