25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Xəzər Lənkəran”ın 100-cü heç-heçəsi

Premyer Liqanın V turunun “Neftçi” ilə səfər oyununda bərabərliyə (1:1) nail olan “Xəzər Lənkəran” Azərbaycan çempionatlarında 100-cü heç-heçəsini rəsmiləşdirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, keçirdiyi 338 qarşılaşmada 158 qələbə və 80 məğlubiyyəti də olan “ağ-yaşıllar” 51 dəfə evdə, 49 dəfə səfərdə 1 xal əldə edib. Komanda 2013/14 mövsümündə daha çox - 13 heç-heçə edib. Hesabında 41 dəfə 1:1 və eyni sayda 0:0 olan “Xəzər Lənkəran” 18 qarşılaşmada daha qollu (2:2) “sülh”ə imza atıb. “Xəzər Lənkəran”ın ən çox heç-heçə etdiyi komandalar “Neftçi” və “İnter”dir - hərəsi ilə 15 dəfə.

Bakıda keçirilən qarşılaşma “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyevin “Böyük oyun”larda 3-cü qolu ilə əlamətdar olub. Ardıcıl ikinci dəfə “Neftçi” ilə qarşılaşmada fərqlənən yarımmüdafiəçi klubun heyətində “Böyük oyun”larda ən çox qol vuran futbolçu adına şərik olub. Rahidədək Manuel Skarlatake və Julius Vobay da “Neftçi”ni 3 dəfə məyus etmişdi.

Ümumilikdə isə Əmirquliyev “Xəzər Lənkəran”da 22-si çempionatda olmaqla 32-ci qolunu vurub. Hər iki göstəricidə 3-cü olan yarımmüdafiəçi Zaur Ramazanov (cəmi 44, çempionatda 33) və Samir Əliyevdən (cəmi 34, çempionatda 24) geri qalır.

Penalti dəf edən Orxan Sadıqlı isə “Xəzər Lənkəran”da yeni rekord müəyyənləşdirib. Qapısına təyin olunan 14 belə zərbədən 11-ni buraxan qolkiper 3 dəfə penaltini zərəsizləşdirən ilk qapıçı olub. Kamran Ağayev və Dmitri Kramarenkonun hərəsinin hesabında 2 buraxılmayan penalti var.

Qeyd edək ki, “Böyük oyun” iki futbolçu üçün “Xəzər Lənkəran”da əlamətdar matç olub. Tural Cəlilov 60-cı, Elşən Rzazadə 25-ci dəfə ağ-yaşıl formada rəsmi matça çıxıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30