25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Mario Souza: "Kuboku "Xəzər Lənkəran" qazanacaq"

"Azərbaycanda çoxlu dostlarım qalıb. Ölkənizdə keçirdiyim günləri xoş xatirə kimi xatırlayıram. "Xəzər Lənkəran"ın fanatlarını heç vaxt unuda bilmərəm. Onlar hər zaman mənə dəstək olublar". Bu sözləri Futbolxeber.az saytına verdiyi açıqlamada "Xəzər Lənkəran"ın sabiq futbolçusu Mario Souza deyib. 
Braziliyalı futbolçu ölkəmizdəki günlərini xoş xatirə kimi xatırlasa da, bəyənmədiyi məqamlar da var: "Azərbaycanda hər şey yaxşı idi. Yalnız süni örtüklü meydançalardan başqa. 2011-ci ildə məhz süni ortüklü meydançaya görə zədələndim. Həmin vaxt karyeramı başa vurdum. Amma bugünkü gündə də oynamağa hazıram. Özümdə güc hiss edirəm. Təklif olsa, yenidən karyeramı bərpam edərəm". 
Mario Souza sabah Azərbaycan kubokunun finalı çərçivəsində baş tutacaq "Neftçi" - "Xəzər Lənkəran" görüşündən də söz açıb: "Neftçi" çempiondur, yaxşı heyətləri var. Amma mən "Xəzər Lənkəran"a azarkeşlik edəcəyəm. İnanıram ki, futbolçular ürəklərini meydanda qoysalar, qələbə qazanacaqlar. Əminəm ki, azarkeşlər finalda "Xəzər Lənkəran"a möhtəşəm dəstək verəcəklər. Kuboku "Xəzər Lənkəran" qazanacaq". 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30