28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Son 9 mövsümün rekordu Gəncə qeydə alındı

Azərbaycan Premyer Liqasında son 9 mövsümün yeni rekordu qeydə alınıb. Futbolxeber.az-ın məlumatına görə, V turun “Kəpəz” - “Qarabağ” qarşılaşmasını 20000 tamaşaçı izləyib. Belə yüksək göstərici isə nəinki mövsümün, ümumiyyətlə son illərin rekordudur. Sonuncu dəfə 20000 və daha çox azarkeş 2006/07 mövsümündə qeydə alınmışdı. 2007-ci il fevralın 16-da Bakıda keçirilən “Neftçi” və “Xəzər Lənkəran” arasında “Böyük oyun”da Tofiq Bəhramov adına Respublika stadionuna 25000 tamaşaçı toplaşmışdı. 3138 gün əvvəlki rekord qırılmasa da, ilk dəfə azarkeş sayında 20 minlik sədd fəth olunub. Ümumiyyətlə isə 2004-cü ildən sonra 4-cü dəfədir ki, tamaşaçı sayı 20000 və ya dana çox olur.

2004-15-ci illərdə 20000 və daha çox azarkeşim izlədiyi çempionat oyunları

2004/05

10.06.2005. Qızıl oyun.  “Neftçi” – “Xəzər Lənkəran” -  2:1

Gəncə şəhər stadionu. 25000 tamaşaçı

2006/07

16.05.2007. “Neftçi” – “Xəzər Lənkəran” -  1:0 – 25000

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 25000 tamaşaçı

2004/05

11.05.2005. “Neftçi” – “Xəzər Lənkəran” -  2:1

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 21000 tamaşaçı

2015/16

20.09.2015. “Kəpəz” – “Qarabağ” – 2:3

Gəncə şəhər stadionu. 20000 tamaşaçı

Qeyd edək ki, mövsümün əvvəlki turlarında qeydə alınan cəmi seyrçi sayı da “Kəpəz” – “Qarabağ” matçından az olub. İlk turunu cəmi 14000, II turu 16300, III turu 13350, IV turu 17400 tamaşaçı izləmişdi.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31