29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Samir Əliyev: “Xəzər Lənkəran” hər dişdə sınan qoz deyil”

“Neftçi”nin baş məşqçisi Samir Əliyev bu gün brifinq keçirib. Futbolxeber.az-ın məlumatına görə, gənc məşqçi ilk öncə “Böyük oyun”un hazırlığından danışıb:

- Sabah çempionatın növbəti turu çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşacaq. Bu oyuna da əvvəlki 4 turdakı kimi hazırlaşmışıq. Hazırlıq normal keçir.

- Heyətlə bağlı hansı problemləriniz var?

- Problemlərimiz var. Qapıçımız Aqim Məmmədov zədəlidir. Bu səbəbdən də sabah komandaya kömək edə bilməyəcək. Həmçinin ötən tur qırmızı vərəqə alan Ailton cəzalıdır.

- Yəqin ki, Aqil Məmmədovun yoxluğunda qapıda Miçal Peskoviçə şans verəcəksiz?

- Bəli, sabah start heyətində o yer alacaq.

- “Xəzər Lənkəran”la görüşdən hansı nəticəni gözləyirsiz?

- Rəqibin heyətinin əsasını gənclər təşkil etsə də, onlar artıq ötən ildən Premyer Liqada çıxış edirlər. Geridə qalan 1 il ərzində təcrübə toplayıblar. Bizim heyətimizdə də gənclər çoxdur. “Neftçi” və “Xəzər Lənkəran” əvvəlki kimi güclü heyətə malik deyillər. Amma bu oyun hər iki tərəf üçün çox vacibdir. Məşqçilər və futbolçular da dərk edirlər ki, qələbə qazanmaq lazımdır.  

- “Xəzər Lənkəran”ın zəifləməsi “Neftçi”də arxayınçılığa səbəb ola bilər?

- Deməzdım. “Xəzər Lənkəran” hər zaman ciddi rəqibdir. Böyükağa Hacıyevin gözəl sözü var: “Xəzər Lənkəran” hər dişdə sınan qoz deyil.

- Bir müddətdir komandanın düşərgəsində baxışda olan Jairo Rodriges haqda yekun qərar qəbul etmisiz?

- O, komandada qalacaq. Qarşıdakı günlərdə braziliyalı müdafiəçi ilə müqavilə bağlayacağıq. Bu tur yox, amma gələn oyun üçün onu sifariş edəcəyik.

- “Neftçi”nin bu mövsüm üçün hədəfi nədir?

- Hər oyuna qələbə əzmi ilə çıxırıq. Xalları çətinliklə qazanırıq. Sabah da 3 xal üçün mübarizə aparacağıq. Çünki qarşıdakı turlarda bizi çətin oyunlar gözləyir. Əvvəlcə “Qarabağ”la qarşılaşacağıq. Sonra Zirəyə səfər edəcəyik. Daha sonra isə “Qəbələ” ilə üz-üzə gələcəyik. Ona görə də “Xəzər Lənkəran”la oyunda qələbə bizə hava-su kimi lazımdır.

- Sabah 3 xal qazansaz, bu, “Neftçi”nin ardıcıl qələbəsi olmş olacaq. Hər şey planlaşdırdığınız kimi getsə, sabahkı oyundan sonra “Neftçi”nin “qara zolaq”dan çıxdığını söyləmək olar?

- Təbii ki, sabahkı matçda qələbə vacibdi. Bu, futbolçuların özünəinamını artıracaq. Amma mövsüm uzundu. Heyətdə gənclər varsa, mümkün deyil ki daim yuxarıya doğru gedəsən. Stabillik olmaya bilər. Bu heyətlə dekabrda kimi mübarizə aparacağıq. Qış fasiləsində isə ən azı 2 futbolçu transfer edəcəyik.

- Həmin futbolçular legioner olacaq?

- Yəqin ki. Çünki heyətə yaxşı yerli futbolçu qatmaq çətindi. Əksər səviyyəli futbolçular hazırda “Qəbələ” və “Qarabağ”ın heyətində yer alır.

- Son günlər Ruslan Abışov və Vüqar Nadirovun “Neftçi”yə keçəcəyi haqda xəbərlər yayılmışdı. Bu futbolçularla həqiqətənmi danışıqlar aparmısız? Əgər aparmısızsa, o zaman keçidləri niyə alınmadı?

- Vüqar da, Ruslan da təcrübəli futbolçulardı, millinin formasını geyirlər. Hər məşqçi onları sərəncamında görmək istər. Amma “Xəzər Lənkəran”dan ayrıldıqdan sonra biz onlarla danışıq aparmamışıq. Onların keçidi gündəmimizdə deyildi.

- Qeyd etdiniz ki, qışda ən az 2 transfer olacaq. Hansı mövqeləri gücləndirmək barədə düşünürsüz?

- Dediyim kimi, transferlər planda var. Amma hansı mövqeləri gücləndirəcəyimizi hələ bilmirik. Qarşıdakı oyunlara baxacağıq. Hansı mövqedə problem olsa, həmin yerə də legioner transfer edəcəyik.

- Sizcə 2-3 legioner transferi “Neftçi”nin çempionluq uğrunda mübarizə aparmasına kifayət edəcək?

- Klubun strategiyası var. Rəhbərlik və biz məşqçilər korpusu istəmirik ki, bırdəfəlik heyətə legionerlər cəlb edək. Bu prosesi tədricən həyata keçiririk. Geridə qalan müddətdə ələkdən kim keçəcəksə, o da komandada qalacaq. Belədə həmin futbolçunu həm “Neftçi”yə, həm də Azərbaycan futboluna qazandırmış olacağıq.

- Vaxtı ilə siz də futbolçu kimi “Böyük oyun”un iştirakçısı olmusuz. “Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyunlara qonaq azarkeşlərin buraxılmamasını nə qədər haqlı qərar hesab edirsiz?

- Qərar verilibsə, ona hörmətlə yanaşmaq lazımdı. Amma bu qarşıdurmaya “Böyük oyun” deyilirsə, hər iki komandanın azarkeşləri də matçda iştirak etməlidilər. Çox istərdim ki, artıq Lənkəranda baş tutacaq növbəti matçda qonaq azarkeşlər də iştirak etsin.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31