20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Böyük oyun"a yenə qonaq komanda azarkeşləri buraxılmayacaq

"Neftçi"nin "Xəzər Lənkəran"la keçirəcəyi futbol üzrə Azərbaycan Premyer Liqasının V tur matçı öncəsi qonaq komanda azarkeşlərinin stadiona girişinə qoyulan qadağanın aradan qaldırılma məsələsi yenidən gündəmə gəlib. "Report"un məlumatına görə, yeni mövsümün ilk "Böyük oyun"u sentyabrın 20-də "Bakcell Arena"da baş tutacaq.

Əvvəlki mövsümlərlə müqayisədə hər iki komandanın heyəti zəifləyib. "Neftçi" gəncləşdirmə siyasəti apararaq bir çox aparıcı futbolçusu ilə vidalaşıb. "Xəzər Lənkəran" isə FİFA-nın transfer qadağası səbəbindən sifariş etmək istədiyi təcrübəli oyunçuları komandada saxlaya bilməyib. Bu səbəbdən görüşün elə də maraq doğurmayacağı gözlənilir. Belə bir məqamda qonaq komanda azarkeşlərinin oyuna buraxılmaması onsuz da boş görünən tribunalara təsirsiz ötüşməyəcək.

"Report" matça 2 gün qalmış AFFA İntizam Komitəsinin 2 il öncə tətbiq etdiyi qadağanın aradan götürülməsinin nə dərəcədə real olması ilə bağlı rəy öyrənib.

Peşəkar Futbol Liqasından bu qadağanın götürülməsinin ilk növbədə İntizam Komitəsindən asılı olduğu açıqlanıb. Bununla yanaşı, klubların da təhlükəsizlik təminatı vermələri əsas şərt kimi vurğulanıb.

"Xəzər Lənkəran" klubundan bildirilib ki, bu qərardan itirən "ağ-yaşıllar"dır. Çünki səfər oyununda da cənub klubunun azarkeşlərinin sayı istənilən yerli komandanın azarkeşindən çox olur. Lənkəran təmsilçisi hesab edir ki, ölkənin yeganə "Böyük oyun"unda iki tərəfdən birinin azarkeşinin olmaması xoş görüntü yaratmır".

Öz növbəsində, "Neftçi" klubu mövsümün ilk "Böyük oyun"una qonaq komanda azarkeşlərinin buraxılmasının mümkünsüzlüyünü bəyan edib. Klubdan səbəb kimi biletlərin sifariş olunduğu və qonaq komanda azarkeşləri üçün biletlərin ayrılmadığı göstərilib. Bununla yanaşı bildirilib ki, qadağanın götürülməsi istiqamətində "Xəzər Lənkəran" rəhbərliyi ilə müəyyən söhbətlər aparılıb: "Klubumuzun mövqeyi budur ki, ilk növbədə qarşı tərəflə anlaşma olmalıdır. Bu məqsədlə fan-klubların görüşü də təşkil olunmalı, digər zəruri addımlar atılmalıdır. "Xəzər Lənkəran"la klub rəhbərliyi səviyyəsində də müəyyən söhbətlər aparılıb. Çalışacağıq ki, məsələ gələcəkdə həllini tapsın".

Qeyd edək ki, 25 avqust 2013-cü ildə keçirilmiş ev oyunu zamanı “Xəzər Lənkəran” fanatları "Neftçi” azarkeşləri olan sektora doğru hərəkət edərək onlara fiziki təsir göstərməyə cəhd ediblər. Lakin insident polis tərəfindən sakitləşdirilib. Hadisə ilə əlaqədar matçın ikinci hissəsi 6 dəqiqə gec başlayıb. Oyun başa çatdıqdan sonra yenidən “Xəzər Lənkəran” azarkeşləri "Neftçi” tərəfdarlarına hücum etməyə cəhd göstərib. Polis və Daxili Qoşun qüvvələri tərəfindən buna imkan verilməyib, baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısı alınıb. Buna baxmayaraq, qonaq komanda azarkeşləri olan sektora və meydançaya çoxlu sayda pirotexniki vasitələr, oturacaqlar və digər əşyalar atılıb. Azarkeşlər stadionu və ətraf ərazini tərk etdikdən sonra matçın hakimləri və “Neftçi” klubunun azarkeşləri polisin müşayiəti ilə stadiondan çıxıb. Hadisə ilə əlaqədar iki klub arasındakı Premyer Liqa və Azərbaycan Kuboku matçlarında qonaq komanda azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30