29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Vobay da komandada qalacaq, Kanales də. Hara gedəcəklər?"

Sabah ölkə kubokunun finalında "Xəzər Lənkəran"la qarşılaşacaq "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev bu dəqiqələrdə matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi mətbuat konfransı keçirir. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis ilk öncə oyun haqda fikirlərini açıqlayıb: 
 
- Çempionluq qaldı tarixdə, indi biz ancaq kubok haqda düşünürük. Kubokda başa çatan kimi, bütün düşüncələrimiz Çempionlar Liqasındakı püşkatmaya yönələcək.
 
- Vobayla Kanales müqaviləni uzatmayıb. Bu amil onların oyununa təsir edə bilər?
- Mən harda olsam, arada boylanıb arxaya baxıram. Vobayın da, Kanalesin də "Neftçi"yə hardan gəlməsini bilirsiz, mən də bunu yaxşı bilirəm. Amma əmin ola bilərsiz ki, Vobay da komandada qalacaq, Kanales də. Hara gedəcəklər? Ağılları olsa, başqa heç nə düşünməzlər, amma gedənə də qal demərik. Ramosun da bizlə müqaviləsi başa çatıb, amma o komandada qalmağın tərəfindədir.
 
- Sizi əcnəbi məşqçilərin qənimi kimi tanıyırıq. Sabah Toşak sağ qalacaq?
- İnsana canı verən də, alan da Allahdı. Mən kiməm ki, kimisə öldürüm, kimisə sağ saxlayım? Toşakla mənim aramda 10 yaş fərq var. Ona böyük hörmətim var, amma bunun meydanda bir anlamı yoxdu. Toşak dünyanı, ölkələri gəzib gəlib, amma mən bir kəndçi balasıyam. Baxmayaraq ki, ondan öyrəniləcək çox şey var.
 
- Heyətdə vəziyyət necədir?
- Bu gün o mütəxəssis savadlı məşqçidir ki, komandanı istədiyi vaxt ayaq üstə saxlaya bilir. Biz komandanı psixoloji cəhətdən çox yaxşı hazırlamışıq. Hər şey qaydasındadır. Biz komandanı finala 3 gün qalmış bütün yükləmələrdən azad etmişik. Biz sabah "qızıl dubl" edəcəyik. Bu da bizə, futbolçularımıza reytinq baxımından olduqca vacibdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31