25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Dodo: “Növbəti oyunlarda Afinadakından da yaxşı oynayacağam”

Dodo: “Növbəti oyunlarda Afinadakından da yaxşı oynayacağam”

“Zədəm elə ciddi deyil. Qorxulu heç nə yoxdur”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin kapitanı Dodo deyib.

Braziliyalı futbolçu PAOK-a qalib gələ bilməmələrinin səbəbini belə açıqlayıb: “Futbolda elə olur ki, yaxşı oynayırsan, qələbə üçün hər şey edirsən. Amma qol vurmaq mümkün olmur. Bu gün də elə idi. 3 xal qazanmaq üçün çox çalışdıq. Sonda isə aktivimizə yalnız 1 xal yaza bildik”.

Dodo “Qəbələ”nin yeni hücumçusu Fakundo Pereyradan da söz açıb: “Pereyra çox yaxşı futbolçudur. Təxminən 2 həftədir komanda ilə birgə məşq edir. Bir müddət keçdikdən sonra o daha yaxşı formada olacaq”.

Qarşılaşmadan əvvəl o, “Sabah meydanda 150-200 faizlik Dodonu görəcəksiniz” vədini vermişdi. Bununla bağlı suala braziliyalı futbolçu elə sualla da cavab verib:  

- Sizə, meydanda neçə faizlik Dodo var idi?

- Məncə, 250.

- (gülür) Xoş sözlərə görə təşəkkür edirəm. Komanda yoldaşlarım kimi mən də qələbə üçün əlimdən gələni etdim. Növbəti oyunlarda Afinadakından da yaxşı oynayacağam. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30