28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Bakı”nın akademiyası “konveyr”dir”

“Bakı”nın uşaq futbol akademiyasının koordinatoru Məqsəd Yaqubəliyev klubun rəsmi saytına yeni mövsüm üçün akademiyanın planlarından danışıb. Həmin müsahibəni təqdim edirik:

- Avqustun əvvəllərindən növbəti mövsümün hazırlıqları başlayıb. Komandaların hazırkı vəziyyəti barədə məlumat verərdiniz?

- Son mövsüm klubda yaranan maliyyə problemləri Akademiyanın işindən də yan keçmədi. Şükürlər olsun ki, bütün problemləri əl-ələ verərək geridə qoya bildik. Sıralarımızı həm məşqçilər həm də xeyli sayda futbolçu tərk etdi. Mövcud vəziyyətydə komandaları komplektləşdirmək nə qədər çətin olsa da, bunun öhdəsindən gəlməyi bacardıq. Bu həftə sifariş vərəqələrini AFFA-ya təqdim edəcəyik. Onu da qeyd edim ki, klubumuz bütün yaş qruplarında təmsil olunublar.

- Cari mövsümdə “Bakı” I Divizionda Akademiyanın yetirmələrindən təşkil olunmuş komanda ilə çıxış etməsinə münasibətiniz?

- Bu gün nəinki “Bakı” öz yetirmələrindən ibarət komanda ilə çıxış edir, bütün Premyer Liqa komandalarında akademiyamızın yetirmələri kifayət qədərdir. “Bakı”nın akademiyası “konveyr”dir. Azərbaycan futbolu bu gün “Bakı”nın akademiyasının məhsullarından bəhrələnir. Bütün bunlar düzgün istiqamətdə çalışmağımızın nəticəsidir.

- Yeni mövsümdən Akademiyada hansı yeniliklər olacaq?

- Bildiyiniz kimi, Respublikanın müxtəlif regionlarından seçilmiş istedadlı uşaqlar burada yaşayırlar. Ağır məşq prossesindən sonra, onların qidalanma və rahat istirahəti üçün hər cür şərait yaradılıb. Futbolçuların məşqlərə rahat gəliş gedişi üçün xüsusi avtobuslar ayrılıb. Yeniliklərimiz də az deyil. Bu mövsümdən həm müxtəlif mövqlerdə çıxış edən oyunçular, həm də qapıçılar üçün fərdi məşqlər təşkil olunub. Həftədə 3 dəfə bu məşqlərdə futbolçular texniki- taktiki çatışmazlıqlarını aradan qaldırmaq üçün çalışırlar.

- Gələn mövsümlərdə yeni Rəhman Hacıyevlər, Aqil Məmmədovlar, Namiq Ələsgərovlar, Nurlan Novruzovlar görə biləcəyikmi?

- Hal-hazırda əsas heyətimizdə kifayət qədər yüksək istedada malik yeni adlar var. Yaxın illərdə onlar, özlərindən söz etdirəcəklər. Bu ənənə akademiyamızda bu gün də davam edir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31