19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Aleksey Qay: “Bu barədə düşünmək bizə heç nə qazandırmayacaq”

“Qəbələ”nin yarımmüdafiəçisi Aleksey Qay Futbolxeber.az saytına müsahibə verib.

- Avroliqanın qrup mərhələsi çərçivəsində qolsuz yekunlaşan PAOK-la görüşü necə şərh edərdin?

- Bu oyunu aktivimizə yazmaq olar. Layiqli mübarizə apardıq. Qrupda ilk oyunumuz idi. Məncə, azarkeşlər də oyundan razı qaldılar.      

- Qələbə qazanmaq üçün komandada nə çatışmadı?

- Birinci hissədə parlaq oyun göstərə bilmədik. Bəlkə də bu həyəcandan irəli gəlirdi. Fasilədən sonra daha yaxşı oynadıq. Lakin qol vura bilmədik. Halbuki şanslarımız var idi.

- Sanki hücumda son nöqtəni qoyan çatışmırdı...

- Fikrimcə, hücumda daha sakit və soyuqqanlı olmaq lazımdır. Gələcəkdə bunun üzərində daha çox çalışacağıq.

- “Qəbələ”nin 2 xal itirdiyini söyləmək olar?

- Təbii ki, 1 qol vurub, qələbə də qazana bilərdik.Ancaq indi bu barədə düşünmək olmaz. Çünki bu bizə heç nə qazandırmayacaq. Gələcəyə nikbin baxmalıyıq.

- Çempionatda limitə görə fərqli heyətlə oynamağa məcbursuz. Bu, Avroliqa oyunlarında komandaya problem yaratmır?

- Belə düşünmürəm. “Qəbələ” üçün problem yoxdur. Onsuz da heyətimiz genişdir. Komandada təcrübəli futbolçuların sayı kifayət qədərdir. Həm çemiponatda, həm də avrokuboklarda inamlı çıxış etmək üçün əlimizdən gələni edəcəyik. Hansısa oyunda 1-2 futbolçunun olmaması, onların yoxluğunu hiss etdirməməliyik.

- Bu gün ilk dəfə rəsmi oyunda mərkəzdə Derlis Meza Kolli ilə birgə oynadın. Onun çıxışından razı qaldın?

- O, yaxşı futbolçudur. Nə etməli lazım olduğunu bilir. Derlis də komandanın uğuru üçün əlindən gələni edir.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30