18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Sergey Zenyov: “PAOK-la müqayisədə bizim fərqlənmək şansımız daha çox idi”

“PAOK-la oyunda qalib də gələ bilərdik, uduza da. Oyun ərzində fərqlənmək üçün şanslar oldu”. Futbolxeber.az saytına açıqlamasında “Qəbələ”nin üzvü Sergey Zenyov deyib.

Eston forvard qələbə üçün şanslarının olduğunu bildirib: “PAOK-un da şansları oldu. Amma rəqiblə müqayisədə bizim fərqlənmək şansımız daha çox idi. Onlar qol vursaydılar, məyus olardıq”.

Zenyov matçın gedişində aldığı zədədən də söz açıb: “Zədəm yüngüldü. Ümid edirəm ki, ciddi heç nə yoxdur. Növbəti oyunda komandama kömək edə biləcəyimi düşünürəm”.

“Qəbələ”nin “9 nömrə”si PAOK-dan da söz açıb: “Yaxşı komandadır. Lakin onlara qarşı oynamaq, hətta qələbə qazanmaq da olar. Bu matçda real qol şanslarımız da rol oldu. Təəssüf ki, onlardan istifadə edə bilmədik”.

Sonda isə Zenyov “Qəbələ”nin yeni hücumçusu Fakundo Pereyradan söz açıb: “Pereyra ikinci hissədə meydana qoşuldu. Yaxşı təsir bağışladı. Onun meydana çıxmasından sonra hücumlarımızın kəsəri daha da artdı. O da qol vurmaq üçün səy göstərsə də, alınmadı”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30