24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

UEFA-nın müraciəti “Qəbələ” və “Qarabağ”a sərf etmir: “Biz biletləri 1 avrodan da ucuz satırıq"

Hazırda miqrantlarla bağlı ciddi problem yaşayan Avropa bu çətinliyin aradan qalxmasında UEFA-nın yardımına ümid edir. Futbolxeber.az-ın məlumatına görə, qitə futbol qurumu da öz növbəsində cari mövsüm avrokuboklarda iştirak edən komandalara yardımla bağlı müraciət edib. Belə ki, UEFA avrokubok iştirakçılarından ev oyunlarında satdıqları hər biletdən 1 avronu miqrantanlara yardım etməyi tövsiyə görüb.

Avropa futbol qurumunun bu müraciəti isə klublar tərəfindən heç də birmənalı qarşılanmayıb. Artıq Avroliqanın qrup mərhələsində “Qəbələ”nin rəqibi olan “Krasnodar”ın maliyyə direktoru Aram Fundukyan bu məsələ etirazını bildirib: “Əziz UEFA. Biz qaçqınlara məmuniyyətlə yardım etmək istərdik. Amma biletləri 50 rubla satırıq. Bu isə heç 1 avro etmir. Belə çıxır ki, öz cibimizdən əlavə pul verməliyik?”

Məsələ ilə bağlı “Qəbələ” rəsmilərinin də mövqeyini öyrəndik. Klubun marketinq üzrə meneceri Səməd Nəsibov bununla bağlı klubda hələlik müzakirə aparmadıqlarını bildirdi.

Aydın məsələdir ki, UEFA-nın bu müraciəti Azərbaycan klublarına da sərf etməyəcək. Çünki Avroliqada mübarizə aparan təmsilçilərimizin ev oyunları üçün satışa çıxarılan biletlərin əksər hissəsi 1 manata satılır ki, bu da heç 1 avro etmir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30