18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

PAOK-un baş məşqçisi: “Qəbələ” təcrübəsiz komanda olsa da, yaxşı futbolçuları var”

“Bakıya itkilərlər gəlmişik. Amma heyətdə olmayanları əvəzləyəcək futbolçularımız var”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri PAOK-un baş məşqçisi Iqor Tudor deyib.

Sabah Yunanıstan təmsilçisi Avroliqanın qrup mərhələsinin ilk turu çərçivəsində Bakıda “Qəbələ”nin qonağı olacaq. Hazırda matçın keçiriləcəyi arenada oyunöncəsi mətbuat konfransı keçirən Tudor rəqib haqda xoş sözlər deyib: “Panatinaikos” kimi rəqibi məğlub etmək asan deyil. Biz bunu bacarmış komandayla qarşılaşacaq. “Qəbələ” təcrübəsiz komanda olsa da, yaxşı futbolçuları var. Hücuma sürətlə keçən, rəqibə problemlər yaradan oyunçuları var. Əsas nəticədir. Amma mən komandamın gözəl oyun göstərməsini istəyirəm. Yaxşı oyun sərgiləsək, nəticə də olacaq. Komandamın səfərdə uğursuz çıxış etməsi fikri ilə razı deyiləm. Rəqib meydanında istənilən komanda uduza bilər. Sabah bizi çətin gözləyir”.

Tudor “Panatinaikos”a 2 qol vuran Dodoya qarşı xüsusi planınız varmı” sualını cavablandırıb: “O, yaxşı futbolçudur. Digərləri kimi onu da zərərsizləşdirməyə çalışacağıq. Amma indi bunu açıqlaya bilmərəm. Bizim “Qəbələ”yə icarəyə verdiyimiz Fakundo Pereyranın sabah xüsusi motivasiya ilə oynayacağını bilirəm. Mən ona sabahkı oyun istisna olmaqla, qarşıdakı matçlarda uğurlar arzu edirəm”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30