19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Roman Qriqorçuk: “PAOK-un süprizlərinə hazırıq”

“Pley-off və qrup mərhələsinin oyunları arasında bizim üçün motivasyiya baxımından fərq yoxdur. Əvvəl mərhələ adlamağa çalışırdıq. Hazırda isə çalışacağıq ki, mərhələ adlamaq üçün daha çox xal toplayaq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Sabah Avroliqanın qrup mərhələsinin ilk turu çərçivəsində “Qəbələ” öz meydanında PAOK-la qarşılaşacaq. Ukraynalı mütəxəssis hazırda matçın oynanılacağı “Bakcell Arena”da mətbuat konfransı keçirir.

Qriqorçuk qeyd edib ki, heyətdəki yeganə problem zədəli Rafael Santosdur: “Heyətlə bağlı yeganə problemimiz zədəli Rafael Santosdur. Yeni transferlərimiz tam da olmasa, demək olar ki meydana çıxmağa hazırdılar. Sabah onlardan hansılarsa komandaya kömək edə bilərlər”.

“Qəbələ”nin çalışdırıcısı rəqib haqda da fikirlərini bildirib: “PAOK-u kifayət qədər analiz etmişik. Hər şeyi dəqiqliyi ilə söyləmək çətindir. Çünki komandada baş məşqçi dəyişikliyi olub. Onların axtarışları davam edir. Futbolçularımız da rəqib haqda kifayət qədər məlumatlıdırlar. PAOK-un süprizlərinə hazırıq”.  

Qriqorçuk indi komandasının daha yaxşı durumda olduğunu qeyd edib: “Avroliqada mübarizəyə başlayanda heyətdə yeni oyunçular çox idi. Buna görə də zamana ehtiyac duyuruq. Hazırda isə komanda daha yaxşı durumdadı. Biz öz oyunumuzu göstərməklə, rəqibi də neytrallaşdıra biləril. Sona kimi mübarizə aparmalıyıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30