25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Emin Mahmudov: “Azərbaycan millisində oynamayacam”

"Mordoviya" klubunun Azərbaycan əsilli futbolçusu Emin Mahmudov Rusiya mətbuatına müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, E.Mahmudov Azərbaycana səfərindən və milli komandamızda çıxış etmək ehtimalından danışıb.

- Çoxdandır Azərbaycana getmirdin?

- Bu yay qohumlarımdan birinin toyu üçün Azərbaycana getdim. Mən Saatlı rayonunda doğulmuşam. Ancaq bəzən Cəlilabad rayonunda oluram. Bura mənim anamın doğulduğu yerdir. Həmin kənd İrana yaxın ərazidə yerləşir. Bir saatdan da az vaxta sərhədi keçmək mümkündür.

- Adını çəkdiyin rayonlarda sənin oyununu izləyirlər?

- Elə də yox. Orada həyat səviyyəsi yüksək deyil. Onlarda peyk televiziyası və internet yoxdur ki, Rusiya Premyer Liqasının oyunlarını izləsinlər.

- Sənə Azərbaycan millisində oynamaq təklif olunub?

- Bir dəfə deyil. Ancaq istənilən halda, Azərbaycan yığmasında oynamayacam. Çünki belə olan təqdirdə Rusiyada legioner sayılacam. Ümid edirəm ki, Rusiya millisindən dəvət alacam.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30