18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Vüqar Nadirov: “Hələ bir müddət əvvəl “Qəbələ” məni istəyirdi”

“Qəbələ”nin yeni transferi Vüqar Nadirovun müsahibəsi

- Əvvəlcə “Xəzər Lənkəran”dan ayrılmağın haqda danışaq. Klubdan getməyinin əsas səbəbi FIFA-nın “Xəzər Lənkəran”a transfer qadağası qoyması ilə bağlıdır? 

- Bəli. “Xəzər Lənkəran” rəhbərliyinə və azarkeşlərinə böyük hörmətim var. Ancaq oradan ayrılmağa məcbur oldum. Bizlik bir şey yoxdur, FIFA etdi bunları. Yaxşı kollektiv yaratmışdıq. İstəyirdik ki, “Xəzər Lənkəran”la yaxşı nəticələr qazanaq, avrokuboklarda çıxış edək. Qismət belə imiş. Nə etmək olar?

- “Qəbələ”yə keçidin necə baş verdi?

- Hələ bir müddət əvvəl “Qəbələ” məni istəyirdi. Ancaq “Xəzər Lənkəran”dan ayrıla bilmirdim.  UEFA-nın məlum qərarından sonra isə bu keçid baş tutdu. “Qarabağ”dan sonra ikinci iddialı kluba keçmişəm. “Qəbələ” hazırda Azərbaycanın ən güclü iki klubundan biridir. Bilirəm ki, “Qəbələ”də işim çətin olacaq. Komandada güclü rəqabət var. Çalışacam ki, yaxşı çıxışlarımla “Qəbələ” azarkeşlərini sevindirim.

- Komandanın Avropa Liqasının qrup mərhələsindəki oyunlarına kənardan baxmalı olacaqsan.  Çətin olmayacaq ki?

- Ötən il “Qarabağ”la qrup mərhələsində oynamışam. Çox istərdim ki, bu təcrübəmlə “Qəbələ”yə də fayda verim. Ancaq təəssüf ki, qrup mərhələsində oynaya bilmərəm. Arzu edək ki, “Qəbələ” qrupdan çıxsın və mən də komandama kömək edim.

“Xəzər Lənkəran”dan ayrılandan sonra “Qarabağ”a qayıtmaq variantı var idi?

- Yox.

- “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini necə dəyərləndirirsən, qrupdan çıxmaq şansınız var?

- Komandamızın yaxşı potensialı var. Ancaq rəqiblərimiz də çox güclüdür. Təkcə ölümə çarə yoxdur. Qrupdan çıxa bilərik.

“Qəbələ”nin heyətində ön xətdə güclü rəqabət olacaq. Bu rəqabətə hazırsan?

- Bunu bilirəm. Rəqabət olan komandaya gəlmişəm. Bu, mənim üçün daha faydalıdır. Rəqabət olmayan yerdə istər-istəməz arxayınlaşırsan. “Qəbələ”də isə hamı ən yaxşı formada olmalıdır ki, meydana çıxsın. İstənilən yerdə rəqabətə hazıram. Məni baş məşqçi bəyənib komandaya dəvət edibsə, deməli, mənə etimad göstərəcək. Mən isə öz növbəmdə bu etimadığı doğrultmalıyam.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30