24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qəbələ” 15 turdan sonra uduzdu

“Qəbələ”nin Premyer Liqadakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar” 15 matçdan sonra meydanı xalsız tərk edib. Topaz Premyer Liqasının IV turunun “İnter”lə qarşılaşmasına 1:2 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri sonuncu dəfə ötən mövsüm, fevralın 15-də məğlub olmuşdu. Həmin vaxt öz meydanında “Neftçi”yə 1:3 hesabı ilə yenilən qəbələlilər 209 gündən sonra xalsız qalıb. Bu müddətdə “Qəbələ” 12 qələbə qazanıb, 3 heç-heçə etmişdi.

Klub tarixinin rekordunu təkrarlaya bilməyən əyalət klubu 2011-ci ildə imza atdığı 16 oyunluq seriyanın 1 addımlığında uduzub. Ümumiyyətlə isə ölkə çempionatlarının 23 illik tarixində 30-cu dəfə bir komanda 15 və daha çox matçda uduzmayıb. 2-ci dəfə buna nail olan “Qəbələ”dən başqa, “Neftçi” 6, “Xəzər Lənkəran” 4, “Şəmkir”lə “İnter” hərəyə 3, “Bakı”, “Karvan”, “Kəpəz”, “Qarabağ” və “Turan” 2,  AZAL-la “Xəzri” 1 dəfə 15 və ya daha çox matçdan ibarət seriyaya imza atıb.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30