19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Dodo: “PAOK-la oyunda yalnız qələbə haqda düşünürük”

“Qəbələ” hər oyununda qələbə qazanmaq istəyir. Fərqi yoxdur ölkə çempionatı olsun, ya Avroliqa qarşılaşması. Bu da çox müsbət haldır”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin üzvü Dodo deyib.

Braziliyalı futbolçu Premyer Liqanın IV turu çərçivəsində “İnter”ə uduzduqlar oyun haqda bunları söyləyib: “Komandada eyforiyaya yox idi. Bu qarşılaşmaya da ciddi hazırlaşmışdıq. Çünki çempionatda uğur qazanmaq istəyiriksə, hər oyunda maksimum gücümüzü meydanda qoymalıyıq. Amma alınmadı. Qol epizodlarını dəyərləndirə bilmədik”.

Dodo Avroliqanın qrup mərhələsindəki rəqibləri haqda deyib: Rəqiblərimiz güclü komandalardı. Dortmund “Borussiya”sını hamı tanıyır. PAOK və “Krasnodar” da güclü komandadır. Bizim işimiz məşq edib, qarşıdak oyunlara hazırlaşmalıyıq. Sonda necə olacağını isə görəcəyik”.

“Qəbələ”nin “10 nömrə”si qarşıdakı PAOK-la matçdan da söz açıb:  “Artıq bu məğlubiyyəti unutmalıyıq. Hazırda yalnız PAOK-la görüşü düşünürük. Bu oyunda yalnız qələbə haqda düşünürük. Başqa nəticə barədə fikirləşmirik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30