20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Tuyqun Nadirov: “Ruslan Abışov və Vüqar Nadirov “Neftçi”yə keçmir”

“Təbii ki, FIFA-nın qadağası işimizi çətinə salır. Baş məşqçimizin də planı var idi. Yeni transferlərimiz də oynamaq istəyirlər. Çünki onların arasında milli üzvləri də var”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

Klub rəsmisi son zamanlar mətbuatda Ruslan Abışov və Vüqar Nadirovun “Neftçi”yə keçəcəyi haqda yayılan xəbərlərə də münasibət bildirib: “FIFA-nın qərarı bizə zərbə vurur. Amma “Xəzər Lənkəran” bu məsələdə haqlıdır. Sona qədər haqqımızı qorumağa çalışacağıq. Daha əvvəl də CAS-da FIFA-ya qalib gəlmişik. Inanıram ki, yenə də haqlı olduğumuzu göstərəcəyik. Qərar çıxarılandan sonra da futbolçularla danışığımız oldu. Bu gün “Qarabağ”la görüşdən sonra yenə də söhbət edəcəyik. Hazırda gözləməliyik. Çünki bu cür hallar bütün dünyada olur. Ümid edirəm ki, qarşıdakı günlərdə müsbət qərar veriləcək. Ona kimi gözləməliyik. Ruslan Abışov və Vüqar Nadirov da komandada qalırlar. Onlar “Neftçi”yə keçmirlər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30