29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Böyükağa Hacıyev: “Qəbələ” PAOK və “Krasnodar”la bacara bilər”

“Aydın məsələdi, həm “Qarabağ”, həm də “Qəbələ” Avroliqada çox güclü qrupa düşüblər. İnşallah, bu il ikisindən biri qrupdan çıxar”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.

Ölkəmizi UEFA Avropa Liqasının qrup mərhələsində təmsil edəcək “Qarabağ” və “Qəbələ”nin şansını dəyərləndirən mütəxəssis maraqlı fikirlər səsləndirib.

Komandalarımızdan heç olmasa birinin qrupdan çıxacağına inanan Hacıyev Azərbaycan futbolunda yeni səhifənin “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfindən açılmasını istəyir: “Bizim komandalarımızdan hansısa qrupdan çıxsa, yəni mən yazdığım tarixdən sonra futbolumuzda yeni tarix yazılsa, bu, məni bir qram da qıcıqlandırmaz. Avroliqanın qrup mərhələsinə ilk dəfə mən komanda çıxarmışam. Artıq növbəti tarixi yazmaq lazımdı. Mən 10 milyon əhalisi olan ölkənin tək vətəndaşı deyiləm ki? İstəyərəm ki, digər məşqçilərimiz də tarix yazsınlar. Roman Qriqorçukla müqayisədə, Qurban Qurbanovun irəli getməsi məni daha çox sevindirər. Onda fəxr edərəm ki, məndən sonra Azərbaycan futbolunda ikinci tarixi də elə öz məşqçimiz yazdı”.

Hacıyev fikrincə, “Qarabağ”ın qrupdakı əsas rəqibi “Monako” və “Anderlext” yox, “Tottenhem”di: “Qrupda asan rəqib yoxdu. Odu ki, həm “Qarabağ”ın, həm də “Qəbələ”nin bütün oyunları çətin keçəcək. “Qarabağ” ilk görüşü səfərdə “Tottenhem”ə qarşı olacaq. İngilislər daha çox öz çempionatlarına və Çempionlar Liqasına fikir verirlər. “Qarabağ” niyə də bundan istifadə edib, rəqibi cəzalandırmasın? Əslində, onların qrupdakı əsas rəqibi elə “Tottenhem”di”.

“Qəbələ”nin şansını dəyərləndirən 57 yaşlı çalışdırıcı qeyd edib ki, “qırmızı-qaralar” qrupda ikinci yeri tuta bilərlər: “Qəbələ”nin qrupdakı əsas rəqibi isə “Borussiya” olmalıdı. Məncə, onlar PAOK və “Krasnodar”la bacara bilərlər. Hər şey komandanın özündən asılıdı. “Qəbələ” istəsə, qrupda ikinci yeri tuta bilər. Sadəcə, daha çox çalışmaq lazımdı”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31