19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qriqorçuk: “Jurnalistlərə hörmət etməliyik”

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk komandasının hücumçusu Aleksey Antonovun Ukrayna mətbuatına müsahibəsində azərbaycanlı jurnalistlərin ünvanına səsləndirdiyi xoşagəlməz ifadələrə münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Futbolçularla məşqçilərin jurnalistlərlə münasibətində hörmət olmalıdır. Özü də bu, ikitərəfli olmalıdır. Jurnalistlərə hörmət etməliyik. Hamımız futbolun inkişafına çalışırıq. Mən onun verdiyi müsahibəni oxumamışam. Amma bu barədə ondan soruşacağam. Futbolçularıma da demişəm ki, jurnalistikanın səviyyəsi ciddidir və mətbuat nümayəndələri ilə danışarkən diqqətli olmalıyıq. Hətta nəticələr ürəkaçan olmayanda da jurnalistlərlə danışmaqdan imtina etmək olmaz. Qeyri-peşəkar jurnalistlər hər bir ölkədə var. Bütün jurnalistlərlə danışmaq mümkün deyil. Amma yalnız peşəkarla danışıb, qeyri-peşəkarlarla danışmamaq da mümkünsüzdür. O, heç vaxt müsahibə verməkdən imtina etmir. Aleksey çox yaxşı insandır".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30