20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Foqts millinin məşqini təxirə saldı

AFFA.AZ ƏVVƏL BƏYAN ETDİ, SONRA SİLDİ

Milli komandamızın planlarında dəyişiklik baş verib. Əvvəlcədən yığmamızın bu gün 10:30 və 16:15-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxacağı bildirilmişdi. Hətta bu barədə AFFA-nın rəsmi saytında da xəbər yer almışdı. Lakin millimizin Lüksemburqla oyunöncəsi Bakıdakı son məşqini izləmək və işıqlandırmaq üçün arenaya yollanan Futbolxeber.az-ın əməkdaşı tam başqa mənzərə ilə  qarşılaşıb. Belə ki, deyilən vaxtda arenada heç kim olmayıb. Məsələyə aydınlıq gətirmək üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Mikayıl bəy məsələyə qısaca belə aydınlıq gətirdi: "Millimiz artıq Bakıdakı hazırlığı başa vurub, məşqlər sona çatıb. Sabah səhər isə komanda səfərə çıxacaq".

Əslində, Foqtsun məşqi təxirə saldığını, sonuncu məşqin baş tutmayacağını AFFA öz saytı vasitəsilə bəyan edə bilərdi. Lakin onlar bunu etmək əvəzinə çıxış yolunu səhər saatlarında yerləşdirdikləri xəbəri saytdan silməkdə gördülər. Hər halda hazırda səhər yerləşdirilən xəbər affa.az saytında yoxdu. Kim bilir ki, bəlkə 1 saatdan sonra yenidən peyda oldu...




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30