20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Elnur Cəfərov: "Almaniya kimi rəqibə qarşı 10 nəfərlə mübarizə aparmaq çox çətindi”

“Almaniya ilə oyunun çətin keçəcəyini əvvəldən bilirdik. Çünki almanlar qatıldıqları bütün yarışların favoritlərindən olurlar . Qarşılaşmaya pis başlamasaq da, rəqib hesabı açdıqdan sonra vəziyyət tam dəyişdi”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Elnur Cəfərov deyib.

Gənc futbolçu azlıqda qaldıqdan sonra daha çox çətinlik çəkdiklərini bildirib: “Azlıqda qalana qədər mübarizəni davam etdirdik. Lakin Almaniya kimi rəqibə qarşı 10 nəfərlə mübarizə aparmaq çox çətindi. Penaltilər barədə heç nə demək istəmirəm. Bu dəfə Avstriya ilə oyundan da istəkli idik. Amma təcrübə və səviyyə fərqi sözünü dedi. Almaniyanın heyətində yer alan futbolçular bizdən çox üstün idilər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30