19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Premyer Liqa tarixində ən yüksək məhsuldarlıq

Premyer Liqada başa çatan 2012/13 mövsümündə baş tutan 191 oyunda qapılara 465 qol vurulub. Futbolxeber.az-ən məlumatına görə, nəticəsi ləğv olunan “Simurq” – “Rəvan” matçı nəzərə alınmamaqla orta məhsuldarlıq 2,43-ə bərabər olub.

Məhsuldarlığın belə yüksək olması daha çox 7-12-ci yerlər uğrunda keçirilən qarşılaşmalar hesabına mümkün olub. İlk “altılıq”da isə bu rəqəm çox aşağı olub. Ümumilikdə isə final mərhələsinin məhsuldarlığı təsnifat mərhələsindəkindən daha yüksəkdir.

Mərhələ

oyun

qol

orta

Təsnifat mərhələsi

131

316

2,41

1-6-cı yerlər

30

61

2,03

7-12-cı yerlər

30

88

2,93

Final mərhələsi

60

149

2,48

Cəmi

191

465

2,43

Vurulan qolların böyük hissəsi meydan sahiblərinin payına düşür. Onlar hər 2 hissədə qonaqlardan üstün olub. Hissələr üzrə qollara gəlincə isə məhsuldarlıq fasilədən sonra artıb.

 

qol

orta

Ümumi qolların faizi

Meydan sahibləri

269

1,41

57,8%

Qonaqlar

196

1,03

42,2%

I hissə

207

1,08

44,5%

II hissə

258

1,35

55,5%

Meydan sahibləri/I hissə

121

0,63

26,0%

Meydan sahibləri/II hissə

148

0,77

31,8%

Qonaqlar/I hissə

86

0,45

18,5%

Qonaqlar/II hissə

110

0,58

23,7%

Başa çatan mövsümdə qeydə alınan orta məhsuldarlıq Premyer Liqa tarixində ən yüksək nəticədir. Düzdür, əvvəlki çempionatlarda daha yüksək məhsuldarlıq da qeydə alınıb. Lakin çempionatın Premyer Liqa adlandığı 2007-ci ildən sonra məhsuldarlıq bu həddə çatmamışdı.

2007-09-cu illərdə Premyer Liqa, 2009-12-ci illərdə Unibank Premyer Liqası və 2012-ci ildən Topaz Premyer Liqası adı ilə keçirilən turnirlərdə ən yüksək məhsuldarlıq cari mövsümə təsadüf etdi. Bu həm də futbolumuzda canlanmanın başladığı 2004-cü ilin yayından sonra üçün ən yaxşı nəticədir.

Başa çatan mövsüm ümumilikdə isə çempionatlar tarixində 12-ci nəticədir. Çünki yarışın Güclülər dəstəsi və yüksək liqa adlandığı vaxtlar məhsuldarlıq daha yüksək olurdu. Mütləq rekordun qeydə alındığı 2000/01 mövsümündə isə məhsuldarlıq 3,15-ə qalxmışdı.

mövsüm

Keçirilməli 
oyun

 

Baş tutmayan 
oyunlar

 

Baş tutan 
oyunlar

Qol sayı

Orta 
məhsuldarlıq

 

1992

482

81

401

1191

2,97

1993

184

14

170

437

2,57

1993/94

240

24

216

605

2,80

1994/95

156

22

134

401

2,99

1995/96

160

7

153

469

3.07

1996/97

240

9

231

692

2,99

1997/98

182

27

155

405

2,61

1998/99

236

26

210

590

2,81

1999/2000

132

5

127

307

2,42

2000/01

111

15

96

302

3,15

2001/02

148

5

143

376

2.63

2003/04

182

15

167

485

2,90

2004/05

307

19

288

684

2,38

2005/06

182

0

182

423

2,32

2006/07

156

1

155

361

2,33

2007/08

182

1

181

434

2,40

2008/09

182

0

182

443

2,43

2009/10

192

0

192

392

2,04

2010/11

192

0

192

381

1,98

2011/12

192

0

192

445

2,32

2012/13

192

1

191

465

2,43

Cəmi

4230

272

3958

10.288

2,62

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30