24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Malta millisinin baş məşqçisi: “Azərbaycan əla formadadı”

“Çox çətin oyun oldu. Azərbaycan əla formadadı”. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, bunu Malta yığmasının baş məşqçisi Pietro Gedin deyib.

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində J qrupunun autsayderi olan Malta millisi bu gün Azərbaycan yığmasını qəbul edib. Qarşılaşma heç-heçə (2:2) başa çatıb. Görüşdən sonra keçirilən mətbuat konfransında Gedin bərabərliyi belə şərh edib: “Biz bu gün yaxşı çıxış etdik. İtaliya ilə matçda çox güc sərf etmişdik. İlk qoldan sonra komandamız özünə gəldi”.

- Vurduğunuz hər iki qol Azərbaycan yığmasının müdafiə xəttinin səhvindən oldu. Hücumçulardan razı qaldınız?

- Müdafiə xəttinin səhvi normaldı. Azərbaycanın vurduğu ikinci qolda da bizim müdafiəçilər səhvə yol verdilər. Futbolda səhvlər normal haldı.

- Nəticədən məmnun qaldınız?

- Xeyr. Daha çox şeyə ümid edirdik. Azərbaycan yaxşı komandadı. İtaliya ilə matçdan sonra üzərimizdə çox  təzyiq var idi. Əsas odu ki, birinci qoldan sonra toparlandıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30