17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Neftçi”nin bazasında gördüklərimiz: otaqlar yenilənib, şərait yaxşılaşdırılıb

Sentyabrın 2-də Futbolxeber.az saytında “Neftçi”nin bazasında otaqların yenilənməsi və bu addımın müəyyən narazılıqlara səbəb olduğu barədə xəbər yer almışdı. Xəbər yayımlandıqdan az sonra “Neftçi”nin Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov bizimlə əlaqə saxlayaraq, yazıda yer alan faktların həqiqətə uyğun olmadığını deyərək, yalnışlığı aradan qaldırmaq, duruma canlı şahid olmaq üçün bizi klubun bazasına dəvət etdi. Subyektiv səbəblərdən həmin günü deyil, yalnız dünən “Neftçi”nin bazasına yollana bildik.

Bazada bizi elə Mehman Rəsulov qarşıladı. Rəsulov qeyd etdi ki, bu yaxınlarda təkcə inzibatçıların deyil, bir çoxlarının otağı dəyişdirilib. İlk öncə elə Rəsulovun rəhbəri olduğu departamentin otağına yollandıq. Məlum oldu ki, İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti artıq yeni otağa keçib. Bu otaqda eyni anda Departamentin 4 əməkdaşı rahat şəkildə çalışa bilir. Yan tərəfdə isə Marketinq Departamentinin otağıdır.

Daha sonra Rəsulovun müşaiyəti ilə əsas binaya yollandıq. Burada girişdə ilk diqqətçəkən məqam resepşndır. Binaya daxil olan kənar şəxslər məhz resepşna müraciət edirlər. Halbuki buna qədər həmin binada resepşn fəaliyyət göstərmirdi.

Girişdə yerləşən otaqda isə Lisenziyalaşdırma Departamentinin əməkdaşları, eləcə də klubun hüquqşunası əyləşir. Binada diqqətçəkən məqamlardan biri də elektrik naqillərinin yenilənməsi idi. Ümumiyyətlə, son zamanlar bazada bir çox otaqlara əsaslı şəkildə əl gəzdirilib. Təmir işləri klubda fəaliyyət göstərən elektrik və çilingər tərəfindən aparılıb.

Əvvəlki yazıda qeyd etdiyimiz inzibatçıların otaqlarının olduğu yerə də baş çəkdik. Oradakı əksər otaqlar boşaldılıb. Bu da səbəbsiz deyil. Çünki həmin ərazidə havalandırma demək olar ki, yoxdur. Gün ərzində 7-8 saat orada oturmaq mümkünsüzdür. Orada hazırda yalnız 2 otaq fəaliyyət göstərir ki, onlardan da biri inzibatçılara məxsusdur. Onlar isə yalnız komandanın məşqindən öncə otağa gələrək, lazımı məşq avadanlıqlarını götürürlər. Digər otaq isə İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin əvvəlki yeridir.

Daha sonra ikinci mərtəbəyə qalxdıq. Burada futbolçuların otaqları yerləşir.

Üçüncü mərtəbədə yerləşən yeməkxana da yenidən təmir olunub. Stol-stullar dəyişdirilib, şərait yaxşılaşdırılıb. Müəyyən olunmuş vaxtda həm məşqçi və futbolçu heyəti, həm də klubun əməkdaşları burada nahar edirlər. Binanın müxtəlif yerlərinə su aparatlarının - dispenserlərin yerləşməsini də qeyd etmək lazımdır.

Sonda isə klubun məşq meydançasına da baş çəkdik. Qazonun ideal vəziyyəti göz oxşayırdı. Üstəlik, meydançanın kənarında yerləşən reklam şitlərində yer bannerlər də klubun Marketinq departamenti tərəfindən yenilənib. 

Bir sözlə, gördüklərimizə əsasən qeyd edə bilərik ki, son zamanlar aparılan təmir işləri nəticəsində “Neftçi”nin bazasının vəziyyəti yaxşılaşdırılıb, bir çox otaqlar daha yaxşı duruma gətirilib.

Sonda qeyd etmək istərdik ki, əvvəlki yazıda klubdakı şəraiti yanlış təqdim etdiyimizə görə, “Futbolxeber.az” saytı olaraq üzrxahlığımızı bildiririk. 

REDAKSİYADAN: Futbolxeber.az saytı fəaliyyət göstərdiyi 2 il yarım müddətində heç vaxt hansısa bir kluba, futbol adamına qarşı qərəzli mövqe tutmayıb. Qərəz, təhqir, sifarişli yazılar - bütün bunlar bizə yaddır. Futbolxeber.az saytının yalnız bir məqsədi olub - Azərbaycan futbolunun inkişafına dəstək olmaq. Daim qazanılan uğurları işıqlandırmağa, gördüyümüz çatışmazlıqları qeyd etməyə çalışmışıq. Çünki tənqid olmayan yerdə inkişaf da ola bilməz. Biz hər zaman qarşı tərəfə tribuna verməyə, narazılıqları dinləməyə, eləcə də yaranmış anlaşılmazlıqları aradan qaldırmağa hazırıq




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30