20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Pranyiç: “Azərbaycanla oyuna köklənə bilmədik”

"Azərbaycanla görüşdə əsas problemimiz qol vura bilməməyimiz oldu. Hərçənd, qol vurmaq üçün xeyli imkanlarımız var idi. Buna görə də 0:0 hesabı bizi qane etmədi". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin futbolçusu Daniel Pranyiç ölkəsinin mətbuatına açıqlamasında deyib.

33 yaşlı futbolçu Azərbaycanla oyuna köklənə bilmədiklərini vurğulayıb: "Liderliyi əldən versək də, optimist olmalıyıq. Çünki hələ də qrupun ən yaxşı komandası olduğumuzu düşünürəm. Sadəcə bunu meydanda göstərməliyik. Azərbaycanla oyuna köklənə bilmədik. Ona görə də səfərdən 1 xalla ayrıldıq.

Ancaq indi bütün diqqətimizi Norveçlə oyuna yönəltməliyik. Bu matç bizim üçün çox önəmlidir. Qələbədən başqa nəticə bizi qane etməyəcək. Norveç də meydana 3 xal üçün çıxacaq. Onların da qələbəyə ehtiyacı var. Bu mənada düşünürəm ki, bu matç Azərbaycandakı görüşdən daha maraqlı olacaq. Meydana çıxacaq hər bir futbolçu 90 dəqiqə ərzində qələbə üçün əlindən gələni etməlidir".

Qeyd edək ki, Bakıda millimizlə 0:0 bərabərə qalan Xorvatiya yığması sabah səfərdə Norveçin qonağı olacaq (qol.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30