19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Qara Qarayev: “Xorvatiya ilə heç-heçə bizi yanıltmamalıdır”

Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyun barədə nə deyə bilərsiniz?

- Oyuna qədər hamımız - məşqçilər, futbolçular qələbəyə köklənmişdik. Xal qazanmaq istəyirdik. Amma çətin olacağını da başa düşürdük. Elə də alındı. Buna baxmayaraq, nəticə qazanmağı bacardıq. Allaha şükürlər olsun ki, bu sınaqdan üzüağ çıxmağı bacardıq.

- Azarkeşlərlə bağlı nə düşünürsünüz?

- Onlar bu gün yığmamızı çox yaxşı dəstəklədilər. Buna görə onların hamısına minnətdaram. Bu dəfə onların sayı əvvəlki matçlarda müqayisədə daha çox idi. Bu, təbii ki, bizi çox sevindirdi. Növbəti oyunlarda daha çox azarkeş gözləyirik.

- Son dəqiqələrdə komanda hücuma atılmırdı. Bu, baş məşqçinin heç-heçəyə hesablanmış qərarı idi?

- Əlbəttə. Robert Prosineçki daha çox müdafiə haqda düşünmək tapşırığı vermişdi. Bu da başadüşüləndir. 90-cı dəqiqədə qol buraxıb, məğlub olmağı heç bir komanda istəməz. Ona görə də hücumdan daha çox müdafiəni düşünürdük. Fikrimcə, bu, düzgün qərar idi.

- Yorğunluq var?

- Şübhəsiz. Biz Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrə "Yanq Boyz"una qarşı keçirdiyimiz oyundan dərhal sonra millinin toplanışına gəlmişdik. Bu üzdən də yorğunluq var idi. Amma mənə elə gəlir ki, qarşıdakı Malta ilə oyun bizim üçün daha vacibdir. Fikrimcə, Maltada qələbə qazanacağımız halda Xorvatiya ilə heç-heçə daha qiymətli olacaq. Xorvatiya ilə heç-heçə bizi yanıltmamalıdır.

- Sizcə, Maltaya səfərdə qalib gələ biləcəksiniz?

- Niyə də yox? Onlara doğma meydanda qalib gəlmişiksə, səfərdə də xala ala bilərik. Yaxşı hazırlaşmaq lazımdır.

Mənbə: azerisport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30