19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Rövnəq Abdullayev dedi ki, ürəyimdən tikan çıxdı”

"Xorvatiyanın adı elə əvvəlcədən oyunun necə keçəcəyindən xəbər verirdi. Amma komandamızda qisas hissi var idi. Xorvatiyadakı acı məğlubiyyət səbəbindən komandamız rəqibə qarşı hirsli idi". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri milli komandamızın yarımmüdafiəçisi Rəşad Sadiqov Avro-2016-nın seçmə mərhələsində Xorvatiya ilə keçirilən oyundan (0:0) sonra jurnalistlərə deyib.

Baş məşqçi Robert Prosineçkinin onlardan razı qaldığını bildirən"Qəbələ"nin futbolçusu uğurlu seriyanı davam etdirəcəklərinə, Malta səfərindən qələbə ilə qayıdacaqlarına inandığını söyləyib: "Düşünürəm ki, Xorvatiya kimi komanda ilə heç-heçə pis nəticə deyil. Robert Prosineçki çox yaxşı məşqçidir. Hər oyundan qabaq futbolçulara motivasiya verir. Bizim Avropadakı futbolçulardan zəif olmadığımızı bildirir. Yəqin, pis oynamadıq ki, qarşılaşmadan sonra bizə təşəkkürünü bildirdi. Bu nəticə Malta millisi ilə matçda bizə yaxşı motivasiya verəcək. Artıq üç oyundur qol buraxmadan xal qazanırıq. Bir qələbə qazanıb, iki heç-heçə etmişik. Fikrimcə, belə inamlı təsir bağışlaya bilsək, Malta səfərindən qələbə ilə qayıdacağıq".

Rəşad Sadiqov matçdan sonra paltardəyişmə otağında AFFA prezidenti Rövnəq Abdullayevin futbolçularla görüşündən də danışıb: “Rövnəq Abdullayev bizi təbrik etdi. Qisasımızı tam ala bilməsək də, ürəyindən tikan çıxdığını bildirdi. O da çox sevincli idi. Futbolçulara verəcəyi mükafatın məbləğini hələ açıqlamadı. Çünki iki gün sonra oyunumuz var. Bizim işimiz futbol oynamaqdır. Nə olacaq bilmirik".

Mənbə: qol.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30