24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Luka Modriç: "Futbolu futbolçular oynayır, Prosineçki yox"

Millimizlə oyundan (0:0) sonra Xorvatiya yığmasının ulduz futbolçusu Luka Modriç azərbaycanlı jurnalistlərə müsahibə verib.

- Matçla və qeydə alınan nəticə ilə bağlı fikirlərinizi bilmək istərdik...

- Çox saylı qol imkanlarını boşa verdik. Sonda bu amil həlledici oldu. Edə biləcəyimiz bir şey yoxdu. Səhvlərimizə baxıb nəticə çıxarmalıyıq.

- Bəlkə gücünüzü 3 gün sonra Norveçlə keçiriləcək oyuna saxlamışdız?

- Qətiyyən. Mən o barədə, ümumiyyətlə, fikirləşmirəm. Bu oyuna çıxmışdıqsa, 3 xalı düşünürdük. Bakıda qələbə qazanmalıydıq ki, Norveçlə oyuna daha rahat çıxaq. Amma bu nəticədən sonra təbii ki, komandada psixoloji gərginlik olacaq.

- Azərbaycan yığması barədə nə deyə bilərsiz?

- Heç-heçəyə görə Azərbaycan millisinin də əməyini qiymətləndirmək lazımdı. Müdafiədə çox etibarlı oynadılar. Bizimlə layiqli mübarizə apardılar və lazım olan 1 xalı qazandılar.

- Azərbaycan millisinin heyətində hansı oyunçunu bəyəndiz?

- Hansısa futbolçunun adını çəkə bilmərəm. Çünki yığmanız komanda şəklində yaxşı oynadı.

- Xal itirməyiniz Robert Prosineçkinin Xorvatiya yığmasını yaxşı tanıması ilə bağlı ola bilərmi?

- Düzdü, Prosineçki yaxşı, sistemli komanda qurub. Amma mən fikirləşirəm ki, futbolu futbolçular oynayır, Prosineçki yox.

- Əvəzlənməyiniz zədə ilə bağlı oldu, ya necə?

- Xeyr, zədə almamışam. Bu, baş məşqçinin qərarı idi (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30