29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Niko Kovaç: “Azərbaycan yığması 1 xala layiq idi”

“Biz 90 dəqiqə çalışdıq, qol vurmaq üçün əlimizdən gələni etdik. Amma alınmadı”. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, bunu Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç deyib.

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində H qrupuna başçılıq edən Xorvatiya millisi bu gün “Bakcell Arena”da Azərbaycan yığmasının qonağı olub və görüş 0:0 hesabı ilə nəticələnib.

Kovaç qarşılaşmadan sonra keçirilən mətbuat konfransında fikirlərini bu cür izah edib: “Azərbaycan düzgün müdafiə olundu. Prosineçkinin gəlişindən sonra rəqib komanda təkcə müdafiə futbolu oynamır. Hücum da edir. Azərbaycan yığmasının oyununda çox irəliləyiş var”.

- Mandzukiç qol şanslarını qaçırdı. Rəqibi qiymətləndirmədi, yoxsa özündə problem var?

- Bir neçə oyunçumuz qol şansını qaçırdı. Onların arasında Mandzukiç də var idi. Futbolda bəzən belə şanslardan yararlana bilmirsən. 90 dəqiqə ərzində 8-9 qol şansımız oldu ki, istifadə edə bilmədik. Azərbaycanın yaxşı müdafiə olunmağını da bir daha qeyd etməliyəm.

- Azərbaycan yığmasının üçüncülük şansını necə qiymətləndirirsiniz?

- Azərbaycanın önündəki komanda ilə 5 xallıq fərqi var. Oyunların sayı da çox azdı. Çətin olacaq.

- Modriçin əvəzlənməsi zədələnməsi ilə bağlı idi?

- Onun zədəsi yoxdu. Bizim 3 gündən sonra çətin oyunumuz olacaq. Hava isti idi, rəqib də güclü oynadı. Növbəti matçı da nəzərə alıb Modriçi əvəzlədim.

- Azərbaycan yığması sizdə necə təəssürat yaratdı?

- Azərbaycan millisini bu oyuna görə təbrik edirəm. 90 dəqiqə mübarizə apardı və layiqli 1 xal qazandı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31