28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi”nin Müşahidə Şurasında qəbul olunan qərarlar

03.09.2015-ci il tarixdə “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda aşağıdakı məsələlər müzakirə olunub və qərarlar qəbul edilib:

1. “Neftçi” PFK-nın büdcə layihəsi müzakirə olunub və klubun büdcəsi Müşahidə Şurası tərəfindən təsdiqlənib.

2. “Neftçi” üzvlük kartları ilə bağlı layihə yüksək qiymətləndirilib və layihənin daha da genişlənməsi ilə bağlı qərar qəbul edilib.

3. “Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov və idman direktoru Vəli Qasımovun Cənubi Amerikaya rəsmi işgüzar səfəri ilə bağlı hesabat təqdim edilib. Səfər çərçivəsində Braziliyanın “Fluminense” klubu ilə əməkdaşlığın gedişatı yüksək qiymətləndirilib və əməkdaşlığın iqtisadi baxımdan səmərəli olduğu vurğulanıb. Əməkdaşlığın davamı olaraq “Fluminense” klubunun nümayəndələrinin yaxın zamanda ölkəmizə səfər edəcəyi ilə bağlı hazırlıq tədbirlərinin görülməsi ilə əlaqədar qərar qəbul edilib.

4. İclasda “Neftçi” PFK-nın “Bakcell Arena”da muzey layihəsi ilə bağlı müzakirələr aparılıb və icra olunmasına qərar verilib.

5. “Neftçi” PFK-nın “Bakcell Arena”da fan-şop layihəsi ilə bağlı müzakirələr aparılıb və icra olunmasına qərar verilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31