22 Sentyabr 2019, Bazar günü
DÇ: 2 güləşçimiz finalda
UEFA “Qarabağ”ı cərimələyib
VI turun oyun cədvəli açıqlandı
Hacı Əliyev uduzub, medalsız qaldı

Ölkə futbolu

“Qəbələ”dən rəsmi açıqlama: "... Cavid son 2 oyunda komandaya kömək edə bilər"

Xəbər verdiyimiz kimi, “Qəbələ”nin Avroliqanın qrup mərhələsində iştirak üçün UEFA-ya göndərdiyi siyahıda Cavid Hüseynovun da adı var. “Qəbələ”nin Marketinq üzrə meneceri Səməd Nəsibov Futbolxeber.az saytına açıqlamasında Cavidin adını UEFA-ya göndərmələrinin səbəbini belə izah edib:

“Hazırda Cavid haqda həbs-qətimkan qərarı qəbul olunub. Onun günahkar olması dəqiqləşməyib. 3 aylıq istintaq başa çatdıqdan sonra hər şeyə aydınlıq gələcək. Həmin 3 aylıq müddət isə təxminən noyabrın 10-da başa çatır. Biz Cavidin günahkar olmadığına inanırıq. Əgər, məhkəmə Cavidin günahsız olduğunu açıqlasa, o zaman Hüseynov yenidən komandaya kömək edə bilər. Avroliqada qrup mərhələsinin oyunları dekabrda başa çatır. Yəni, azadlığa çıxacağı təqdirdə Cavid ən azı 2 oyunda “Qəbələ”yə kömək edə bilər. Qaydalara görə, qrup mərhələsinin gedişində UEFA-ya yeni futbolçunun adını sifariş etmək qeyri-mümkündür. Biz də bütün bunları nəzərə alaraq, Cavidin adını əvvəldən UEFA-ya göndərdik”.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30