19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Neftçi”də otaq davası: Elnur Məmmədovun qərarı narazılığa səbəb oldu FOTOLAR

Son zamanlar azarkeşlərlə, mətbuatla ciddi problemlər yaşayan, ictimaiyyətin qınağına tuş gələn “Neftçi”də artıq klubdaxili narazılıqlar da baş qaldırıb. Futbolxeber.az-ın məlumatına görə, bu yaxınlarda icraçı direktor Elnur Məmmədovun qərarına əsasən klubun bəzi əməkdaşlarının bazadakı otaqları dəyişdirilib. Belə ki, icraçı direktorun qərarına əsasən onun kabinetinə yaxın olan inzibatçılar otaqlarından olublar. Həmin otağa kadrlar şöbəsinin rəhbəri Gülnarə Adıgözəlova keçib. Eləcə də həmin otaq təmir olunub. İnzibatçılar isə Adıgözəlovanın otağına üz tutublar. 

Kimsə deyə bilər ki, bazada 2 otağın yerinin dəyişdirilməsində qəribə nə var ki? Məsələ ondadır ki, bu iki otaq arasında fərq böyükdür. İnzibatçıların əvvəlki otağı daha yüksək şəraitə malikdir. Burada hamam, ayaqyolu, soyuducu, eləcə də digər avadanlıqlar var. İnzibatçıların indiki yeri isə İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşlarının əyləşdiyi otağın yanındadır. Özü də həmin otaqlar sonradan salınıb. Yəni, dəhlizdəki boş yer plastiklə örtülüb. Yan-yana otaqları isə bir-birindən lambir ayırır. 

Otaqların dəyişməsi inzibatçıların ürəyincə olmayıb. Birinci səbəb bayaq qeyd etdiyimiz şəraitlə bağlıdır. Digər tərəfdən isə otağından olan inzibatçılar məşqdən çıxdıqdan sonra daha əvvəlki kimi yuyunmaq üçün yer tapa bilmirlər. Eləcə də məşq prosesindən sonra tərli formaların qoxusu inzibatçıların indiki otağının yaxınlığında əyləşənləri də narahat edir. Üstəlik, topların, digər məşq avadanlıqlarını otaqda yerləşdirmək də asan deyil.

Göründüyü kimi, Elnur Məmmədovun qərarları artıq ictimaiyyət arasında deyil, klubun daxilində də narazılıqlara gətirib çıxarır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30