17 Iyun 2019, Bazar ertəsi
“Səbail”də makedoniyalı qapıçı
“Qəbələ” 2 transfer birdən reallaşdırdı
Frederiko "Neftçi”yə qayıtdı
Adeniyi "Qəbələ"də qalacaq?

Ölkə futbolu

Tahir Gözəl: “Bu, “Qarabağ”ın böyüməsini məhdudlaşdırır”

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- “Yanq Bozs”la oyunda komandamız 3:0-lıq qələbə qazandı. Oyunu canlı izlədiniz.

- Doğrudan da çox möhtəşəm qələbə idi. Futbol camiəsində olanlar, bir çox məşhur məşqçilər, futbolu bilənlər bizə ismarıc göndərdi ki, müasir Azərbaycan futbolu tarixində oynanılan ən gözəl futbol idi. Möhtəşəm və qürur dolu gecə idi. Bütün Azərbaycan futboldan həzz ala-ala bir matç izlədi. Hər şey olduqca gözəl idi

- Hər nə qədər möhtəşəm qarşılaşma olsa da, tribunalarda boşluqlar gözə çarpırdı.

- Dünyada futbol 2 prinsip üzərində qurulub. Futbol sevgisi, emosiyanı, eşqini bildirən fanatlıq digər tərəfi isə puldur. Pul bir klubun qanı kimidi. Və təbii ki, tərəfdarlar oyuna gəlib pul verməsə, tribunaları doldurmasa, biz müəyyən səviyyədən yuxarı çıxa bilməyəcəyik. Bir sponsorun dəstəyi ilə müəyyən səviyyəyə qədər yüksələ biləcəyik. Dünya futbolunda sponsor gəliri digər gəlirlərdən - televizordan, marketinqdən, tərəfdarlardan gələn gəlirin bir hissəsidi. Ölkəmizdə isə sponsor demək olar ki, klubun tək gəlir qaynağıdı. Bu, əlbəttə “Qarabağ”ın böyüməsini məhdudlaşdırır. Klubun böyüməyini istəyirsək gərək hər kəs bu işə qoşulsun. Fanat olmaq, tərəfdar olmaq sadəcə istəməklə olmur, hərəkətə keçmək lazımdı. Güman edirəm ki, biletlə bağlı yürütdüyümüz siyasət düzgündü. İnanıram ki, komandanın möhtəşəm oyununu görüb stadiona can atacaqlar və o boşluqlar dolacaqdır.

- “Qarabağ” müntəzəm olaraq avrokuboklarda çıxış edir. Fərqli ölkələrdəki qarşılaşmalar Qarabağ reallığının təbliğatı naminə ölkəmizə siyasi, mənəvi dəstəkdi, təbliğatdı. Bu öz yerində. Bəs avrokuboklarda iştirak, fərqli klublarla tanışlıq futbol münasibətləri xaricində nə kimi fayda gətirir?

- Qarşılaşdığımız klubların tarixindən, təcrübəsindən çox şey öyrənirik. Aramızdakı ünisyyət zamanı fərqli mövzuları müzakirə edirik. Avropada klub rəhbərləri nüfuzlu şəxslərdi. Onlarla söhbətlərimizdə Qarabağla bağlı həqiqətləri, məcburi köçkünlərlə bağlı lazımi dərəcədə informasiya veririk. Bundan əlavə biz onlarla hansısa layihələr qurmağı planlaşdırırıq. Məsələn, “Yanq Boyz”un sahibi cənab Reys eşitmə problemi olan insanlar üçün cihaz istehsalıyla dünyada məşhurlaşıb. Sərvətini bununla qazanıb. Mənimlə söhbətdə bunu vurğulayarkən Azərbaycanda eşitmə əngəlli çoxlu uşağımızın olduğunu bildirdim. Ona dedim ki, əgər xeyirxahlıq etmək istəyirsinizsə və əminəm ki, xeyriyyə tədbirlərində mütləq iştirak edirsiz. Bizlə - “Azersun Holding”lə birlikdə işləsək bu layihə çərçivəsində bir çox ehtiyacı olanları pulsuz bu cihazla təmin edə bilərik mi deyə soruşdum. O da məmnuniyyətlə bu layihəyə qoşulmaq istədiyini, Azərbaycanda bu məsələdə peşəkar təhcizatın olmadığını ancaq belə tələbat olarsa birgə işləməkdə maraqlı olduğunu və böyük məmnuniyyətlə yardım edə biləcəyini bildirdi. Bu tipli görüşlərin siyası, ictimai, dostluq münasibətləri baxımından çox önəmlidi. Sizə sadəcə, bir nümunə dedim.

- Transferlərlə bağlı nə deyə bilərsiz? İctimayyəti ən çox “Qarabağ”ın transfer gündəmi məşğul edib.

- Biz həmişə demişik. Qurban müəllimdən tələb gəldiyi zaman maddi imkanlarımız daxilində maksimum şəkildə ən yaxşısını etməyə çalışacağıq. Çox sağ olsun prezidentimiz cənab İlham Əliyev, ötən il “Qarabağ”ın çıxışını yüksək qiymətləndirərək büdcədən kluba 1 milyon pul ayırdı. Bunlar hamısı “Qarabağ”da qalır. Bizim üçün müqəddəs əmanətlərdi. Heç kim ona toxunmur. Onlar bizim büdcəmizdə qalıb. Bugün mərkəzi arenanın qazonun təmirindən tutmuş, yeni futbolçu alımına qədər bu bizə dəstək verir. Hocamızın bir neçə futbolçu istəyi oldu. O futbolçuların “Qarabağ”a böyük köməyi olacağını düşünürəm. Mənim fikrim odu ki, gələn futbolçu mütləq “Qarabağ”ın səviyyəsini qaldırmalıdı. Eyni səviyyədə olsa əhəmiyyəti yoxdu. İmkanlarımız məhduddu. Xərclədiyimiz hər bir pulun faydası olmalıdı. Gələn hər bir futbolçu Azərbaycan futboluna, “Qarabağ”a xeyir verməlidi. Qurban müəllim çox yaxşı futbolçular seçib. Biz də rəhbərlik olaraq hər zamankı kimi baş məşqçimiz arxasındayıq, ona inanırıq.

- Qarşıda çətin mövsüm başlayır. Nə gözləyirsiz?

- İnşallah, 1-2 transferlə məqsədimiz, bu rəqiblərə çox çətin rəqib olmaqdı. “Monako”nun rəsmisi də bunu vurğulayıb ki, `Qarabağ` zəif rəqib deyil. Onlara qarşı çətin olacaq. Bir daha onu demək istəyirəm ki, rəhbərlik olaraq klubumuzun, Qurban Qurbanovun arxasında möhkəm dayanmışıq. Biz əlimizdən gələn gücü, maksimum dəstəyi verməyə çalışırıq. Mən həmişə demişəm ki, həyatda əlindən gələnin maksimumunu etməyə çalış, qalanı da bəxtin, həyatın, Allahın təqdirinə burax. İnşallah, mən hesab edirəm ki, Azərbaycan güclü, imanlı və inamlı komanda görəcək. Nəticənin nə olmasından asılı olmayaraq bütün ölkə “Qarabağ”la qürur duyacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2019
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30





Click to Visit