25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Gündüz Abbaszadə “Neftçi”dən gedişinin səbəbini açıqladı

“Neftçi”nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri postundan ayrılan Gündüz Abbaszadə gedişinin səbəbini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, Abbaszadə bununla bağlı sosial şəbəkədə yazıb:

- Avqustun 1-dən rəsmən məzuniyyətdə (!) olan birinin işindən narazıdırlar. Maraqlıdır, məzuniyyətdə olan adamın işindən necə narazı olmaq olar? Elnur Məmmədov Braziliyada olduğundan narazılığı mənə Sadıq Sadıqov dönəmindən klubda tanıdığım, Tahir Süleymanova ən yaxın insanlardan biri olmuş Mübariz Xudiyev demişdi. Mənə deyirdi ki, kluba təzyiqlər var, Tahir Süleymanov, Böyükağa Hacıyev, Elnur Əşrəfoğlu “Neftçi” haqda danışırlar, sən isə onların cavabını vermirsən. Mən isə bildirim ki, haqlı və ya haqsız olsalar belə, adıçəkilən insanlara mən cavab verə bilmərəm. Çünki, onlarla uzun müddət bir yerdə işləmişəm, çörək kəsmişik. “Neftçi”də sabah olmayacağıq, amma yoldaşlığımız hər şeydən önəmlidir. Həmin dönəmdə mətbuat azarkeşlə bağlı bəyənata görə də qınamışdı klubu. Mən müəllifi olmadığım bəyənata görə niyə cavab verməli idim? İllərdir stadionda gördüyüm, 2014-cü ildə şəklini rəsmi facebook səhifəmizdə paylaşdığımız Nurlana necə kənar şəxs deyə bilərdim? Hə bir də, məndən vaxtı ilə “Neftçi”nin fotoqrafı olmuş Bəkir Dəlləkova (Qazaxlı Bəkir) PFL-in verdiyi akkreditasiyanı ləğv etdirmək tələb olunurdu. Hansı əsasla? Əzizlərim, təbii ki, bunlar bəhanə idi. Əslində mən avqustun 22-də Mübariz Xudiyevlə söhbətimdə istefa vermişdim. Sadəcə, Elnur Məmmədov məndən özünün dönüşünü gözləməyimi istədi. Mən də gözlədim. Dünən görüşdük və... Bitdi. Canımı qanımı verməyə hazır olduğum “Neftçi”dən ayrılmaq çox ağır gəlir mənə. Amma ondan da ağırı yaxınım bildiyim, əlindən tutduğum birinin... “Neftçi”də işlədiyim üçün peşmanam? Xeyr! 2 çempionluq, 2 kubok və Avroliqanın qrupu...niyə peşman olum ki?”

 




Ad: Dasqin;   E-mail: [email protected]

03.09.2015 00:02

Caniniz sagolsun.bunlari da ge(ä)de(ä) kimilerin aqibeti gozliyir.zamana ehtiyac var...
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30