29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elnur Məmmədov və Kamran Quliyev AFFA-nın tədbirində niyə iştirak edirdi?

Bu gün “Boulevard Hotel Bakı” otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə “Boulevard Hotel Bakı” arasında sponsorluq müqaviləsinin imzalanması mərasimi keçirilib. Futbolxeber.az-ın məlumatına görə, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov, İsgəndər Cavadov, milli komandamızın baş məşqçisi Robert Prosineçki, AFFA və “Boulevard Hotel Bakı”nın nümayəndələri, həmçinin jurnalistlər iştirak ediblər.

Ən çox diqqətçəkən məqam isə mərasimə bəzi klub nümayəndələrinin də qatılması idi. Belə ki, “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov, “Sumqayıt”ın prezidenti Kamran Quliyev və AZAL-dan Fikrət Hüseynov də tədbir iştirakçılar arasında olub. Halbuki bu tədbirin klublara heç bir aidiyyatı yoxdur. AZAL rəsmisi tədbiri erkən tərk etsə də, Elnur Məmmədov və Kamran Quliyev sona kimi zalda olublar. Tədbirin “Neftçi” və “Sumqayıt”a aidiyyatı olmasa da, adıçəkilən şəxslərin mərasimə qatılması birmənalı qarşılanmır. Çünki Elnur Məmmədov və Kamran Quliyev AFFA-nın keçmiş əməkdaşlarıdır və mətbuatda tez-tez onların baş katib Elxan Məmmədovun kadrları olmaları barədə xəbərlərə rast gəlmək mümkündür. Məmmədov və Quliyevin belə tədbirlərdə baş katibi yalnız buraxmaması isə şübhələri daha da artırır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31