20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Vəkil: “Bütün dəlillər Cavid Hüseynovun günahsız olduğunu göstərir”

“Bu gün Cavid Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi vəsatətinin təmin olunmaması barədə Səbail Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxıldı. Şikayətimiz təmin olunmadı. Lakin yenidən şikayət vermək hüququmuz var. Buna görə də gələn həftə yenidən Səbail Rayon Məhkəməsinə müraciət edəcəyik”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri Cavid Hüseynovun vəkili Adəm Məmmədov deyib.

Məmmədov qeyd edib ki, prosesin gedişatı Cavidin günahsız olduğunu göstərir: “İşin gedişatından da görürəm ki, Cavid günahsızdır. Bütün ifadələr də bunu deyir. Hazırda ibtidai istintaq dövrüdür. Hakimlər hələlik hər hansı fikir bildirə bilməzlər. Lakin bütün dəlillər də Cavid Hüseynovun günahsız olduğunu göstərir. Cavidin bu hadisədən həqiqətən də xəbəri olmayıb. Cinayəti törədən şəxslər də bildiriblər ki, Cavid hadisədən xəbərsiz olub”.

Adəm Məmmədov müvəkkilinə qarşı göstərilən dəlillərin yetərli qədər olmadığını qeyd edib: “Cavid haqda 3 ay həbs qərarı çıxarılıb. Lakin bunun üçün məhkəməyə təqdim olunan sübutlar mötəbər, kifayət qədər deyil. Konkret görsənir ki, onun bu haisədən xəbəri olmayıb. 2 nəfər arasında dava düşür. Bu halda necə ağır cinayət demək olar? Ortada hər hansı odlu, soyuq silah da yoxdur. Başqa hallar da var ki, onları demək istəmirəm... Orda 2 nəfər var ki, onlar mərhuma qarşı hər hansı bir zorakılıq etməyiblər. Rasim Əliyevə heç bir formada badalaq vurmayıblar. Yəni, onların məsələyə adiyyatları yoxdur”.

Cavid Hüseynovun vəkili məsələsi siyasiləşdirməyin əleyhinə olduqlarını vurğulayıb: “Məsələ mətbuatda siyasiləşdirilir. Keçən dəfə verdiyim açıqlamanı da fərqli yerə yozurlar. Allah mərhuma rəhmər eləsin. Mən demək istəmişəm ki, hər hansı bir nazirlə həmin nazirliyin işçisinə qarşı törədilmiş sui-qəsd zamanı yaranan ajiotajın fərqli var. İnsan ölümü istənilən halda arzuolunmazdır. Lakin yenə deyirəm, bir qəzetin baş redaktoru ilə həmin qəzetinin öldürülməsi eyni ajiotajı doğura bilməz. Məsələnin siyasiləşməsi bizi çox narahat edir. Çünki biz bu məsələnin sülh yolu ilə həll olunmasına qarşıyıq. Qanı qanla yumaq düzgün deyil. Sülh olmalıdır”.

“Məhkəmənin araşdırması 3 aydan da artıq davam edə bilərmi” sualını vəkil belə cavablandırıb: “Cavidə qarşı irəli sürülən ittihamlarla bağlı araşdırma tam yekunlaşıb. Bu, elə bir maddədir ki, çox araşırılması məqam da yoxdur. Bu proses digər işdən asılıdır. Əslində 2 iş bir-birindən ayrılmalıdır. Belə bir ehtimal da var”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30