28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Cavid Hüseynov: “Mənim və “Qəbələ”nin adının cinayət işində hallanması yaxşı hal deyil”

Cavid Hüseynov bu gün Bakı Appelyasiya Məhkəməsində baş tutan məhkəmə prosesində çıxış edib. Bu haqda Futbolxeber.az saytına futbolçunun vəkili Adəm Məmmədov məlumat verib: “Bugünki prosesdə Cavid Hüseynov da çıxış etdi. O, növbəti dəfə günahsız olduğunu bildirdi. Cavid qeyd etdi ki, bu məsələdən əvvəldəb xəbəri olsaydı, dərhal qarşını alardı. Müvəkkilim həqiqətən də hadisədən xəbərsiz olub. Cavid onu da qeyd etdi ki, özünün və “Qəbələ” klubunun adının cinayət hadisəsində hallanması yaxşı hal deyil. Faciəni o da pisləyir”.

Vəkil Hüseynovun hazırki durumundan da söz açıb: “Cavidin psixoloji baxımdan vəziyyəti normal olsa da, gərginlik içərisindədir. Başqa necə ola bilər ki? Günahsız halda kim həbs olunsaydı, gərginlik keçirərdi”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31