29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Mxitaryanın Dağlıq Qarabağa səfərinin sensasion təfərrüatı

HENRİK AZƏRBAYCAN ORDUSUNA QARŞI DÖYÜŞƏN ERMƏNİ HƏRBÇİLƏRİN AİLƏLƏRİNƏ YARDIM EDİB!

Dortmundun “Borussiya” klubunun erməni əsilli futbolçusu Henrik Mxitaryanın Dağlıq Qarabağa səfərlərinin məqsədi bəlli olub. Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, Rusiyanın sports.ru saytında erməni jurnalist Ararat Mamberyanın yazısından aydın olur ki, Mxitaryan 2009-2012-ci illər aralığında, hələ Ukraynanın “Şaxtyor” klubunda çıxış edərkən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə, Xankəndi şəhərinə dəfələrlə qanunsuz səfərə gedib.

Erməni jurnalist yazıb ki, səfər xeyriyyə məqsədi ilə həyata keçirilib. “Artsaxda (Dağlıq Qarabağda – red.) olarkən Mxitaryan hər dəfə erməni ailələrinə soyuducu, paltaryuyan maşın, televizor hədiyyə edib. Həmçinin Henrix bölgələdə futbolun populyarlaşmasına dəstək olub”.

Yazıdan aydın olur ki, Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri Bako Saakyan bölgədə futbola verdiyi dəstəyə və həyata keçirdiyi xeyriyyə aksiyasına görə Henrik Mxitaryana təşəkkür edib və onu “xalq müdafiəçisi” adlanan ordenlə təltif edib.

Qeyd edək ki, Mxitaryan hər dəfə bu yardımları Yeni il ərəfəsində edib. Erməni jurnalistinin bu yazısından o da məlum olub ki, son aksiya zamanı Henrik tərəfindən Azərbaycan torpaqlarının işğalında rol oynayan hərbçilərin ailələrinə də yardım edilib.

“Növbəti aksiya zamanı Artsaxın (Dağlıq Qarabağın – red.) işğaldan azad olunmasında (?) iştirak etmiş hərbçilərin ailələrinə yardım göstərilib. 21 ailəyəyə məişət avadanlıqları təqdim olunub. Mxitaryan onlara öz avtoqrafı ilə top da hədiyyə edib. Ümumiyyətlə, ulduz futbolçular üçün öz vətəninə kömək etmək normal haldır” - deyə yazıda qeyd olunub.

Beləliklə, erməni jurnalistin yazısında da təsdiq olunur ki, Mxitaryan Qarabağ müharibəsi zamanı Azərbaycan ordusuna qarşı döyüşən erməni ailələrinə dəfələrlə yardım edib. Bundan başqa, onun bu səfərlər zamanı Dağlıq Qarabağın separatçı rejiminə maddi dəstək verməsini də istisna etmək olmaz. Çünki bu günə qədər separatçı rejimin dünyada məşhur və varlı olan ermənilərdən maddi dəstək aldığı kimsəyə sirr deyil.

Yeri gəlmişkən, bu qanunsuz hərəkətinə görə Mxitaryanın Azərbaycan dövləti tərəfindən arzuolunmaz şəxs elan edildiyi və onun “Qəbələ” ilə oyun zamanı ölkəmizə buraxılmayacağı bildirilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31