19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

AFFA milli komandalar üçün yeni sponsor tapdı

Sentyabrın 1-də, saat 12:00-da “Boulevard Hotel Bakı” otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə “Boulevard Hotel Bakı” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, anlaşmaya uyğun olaraq, “Boulevard Hotel Bakı” Azərbaycan milli komandalarına və AFFA-nın təşkilatçılığı ilə keçirilən U-15 Liqasına sponsorluq edəcək.

Müqavilə AFFA-nın baş katibi Elxan Məmmədov və “Boulevard Hotel Bakı” otelinin baş meneceri Valentin Osolos tərəfindən imzalanacaq.

“BOULEVARD OTEL BAKI” “Absheron Hotel Group”un Azərbaycanda istifadəyə verdiyi sayca dördüncü oteldir

Adını dənizkənarı parkdan götürmüş və Bakı buxtasında, şəhər mərkəzindən şərqdə yerləşən “Boulevard Otel” Azərbaycanın ən böyük konfrans oteli olmaqla qonaqlara 818 ecazkar rahatlığa malik otaqlar təklif edir. “Boulevard Otel” paytaxtın başlıca işgüzar və mədəni mərkəzlərinə tez bir zamanda çatmaq üçün əlverişli məkanda  yerləşir və qonaqlara vaxtlarını səmərəli keçirmək üçün hər cür imkanlar təklif edir.

“Boulevard Otel Bakı”-nın memarı dünyaca məşhur və bir çox mükafatlara layiq görülmüş Reardon Smith Architects şirkətidir.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30