20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ” Ukraynaya 6 futbolçusu olmadan yollanacaq

“Qəbələ”nin Topaz Premyer Liqasında yaranan fasilə dövründəki hazırlıq planı müəyyənləşib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA Avropa Liqasının pley-off mərhələsindən “Panatinaikos”la (Yunanıstan) avqustun 27-də keçirilən cavab oyunundan (2:2) sonra istirahətə buraxılan futbolçular sentyabrın 1-də bir araya gələcək. “Qırmızı-qaralar” həmin gün təlim-məşq toplanışı üçün Ukraynaya yollanacaq. Komandamız Odessa şəhərində 6 gün hazırlıq keçəcək. Sentyabrın 7-də Azərbaycana dönəcək Roman Qriqorçukun yetirmələrinin Ukrayna toplanışı çərçivəsində yoxlama oyunu keçirməsi planlaşdırılıb. Komanda sentyabrın 6-da “Çernomorets”lə qarşılaşacaq. “Qəbələ” təlim-məşq toplanışına tam heyətlə yollanmayacaq. Belə ki, milli komandaların düşərgəsində olan futbolçular hazırlıqlarda iştirak edə bilməyəcək. Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Rəşad Sadiqov və Elvin Camalov Azərbaycan, Ermin Zets Bosniya və Herseqovina, Sergey Zenyov Estoniya millisinin düşərgəsindədir.

Xatırladaq ki, “qırmızı-qaralar” yığmaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk qarşılaşmasını sentyabrın 13-də keçirəcək. “Qəbələ” Topaz Premyer Liqasının IV turunda səfərdə “İnter”lə görüşəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30