28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

Qriqorçuk Mxitaryanla bağlı vəziyyətə toxundu: “Qanuna riayət etmək lazımdı”

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsində rəqibləri olan Almaniyanın "Borussiya" (Dortmund) klubunun erməni yarımmüdafiəçisi Henrix Mxitaryanın Azərbaycana gəlişi ilə bağlı yaranmış situasiya ilə bağlı fikirlərini açıqlayıb. Futbolxeber.az-ın məlumatna görə, ukraynalı mütəxəssis deyib: "Mənim bu məsələyə münasibətim belədir ki, qanun hər kəs üçün qanundur. Qanuna riayət etmək lazımdır. Ona görə də bu barədə başqa heç nə demək istəmirəm".

Qeyd edək ki, Mxitaryan 2011-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasına səfər etdiyi üçün Azərbaycan qanunlarını kobud surətdə pozub. Bu isə onun Azərbaycana gəlişinin mümkünsüz olmasından xəbər verir. Azərbaycan qanunlarına görə, işğal altında olan torpaqlarımıza icazəsiz səfər etmiş şəxslər ölkəmizə qanuni şəkildə gələrsə, 5 ilədək həbs cəzası ala bilər (Azerisport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31