20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ramin Musayev, Rahid Əmirquliyev və Namiq Ələsgərov “Şahdağ”ı təbrik etdi

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Şahdağ"ı 65 illik yuliyei münasibəti ilə təbrik edib. Futbolxeber.az-ın məlumatna görə, təbrikdə deyilir: "65 illik yubileyini qeyd edən "Şahdağ" Futbol Klubu Azərbaycanın şimal bölgəsində futbolun kütləviləşməsi üçün böyük işlər görüb. Keçmiş Sovetlər Birliyinin, eləcə də müstəqil Azərbaycan futbol çempionatlarının iştirakçısı olan "Şahdağ" mübarizəyə hər zaman rəng qatıb.Daima idman prinsiplərinə əsaslanan və bunu ön planda tutan "Şahdağ"ın tarixinin 65 ilə çatması işlərin düzgün görülmasinin nəticəsində mümkün olub.

"Şahdağ" Futbol Klubu daima şimal bölgəsində istedadların üzə çıxarılması ilə də məşhurdur. Vaxtilə Azərbaycan futbolunda öz sözünü demiş, eləcə də hazırda Topaz Premyer Liqasında və I Divizion yarışlarında çıxış edən oyunçulardan bir neçəsi futbolda ilk addımlarını məhz "Şahdağ" klubunda atıblar.

Bütün bunları nəzərə alaraq, deməliyəm ki, "Şahdağ" klubunun Azərbaycan futbolunun inkişafında xidmətləri önəmlidir. Sizi 65 illik yubileyiniz münasibətli ilə təbrik edir, klubunuza yeni-yeni uğurlar arzulayıram".

Millimizin və "Xəzər Lənkəran"ın futbolçusu Rahid Əmirquliyev də doğma klubunu təbrik etməyi unutmayıb: "Mən "Şahdağ"ın bir yetirməsi kimi, komandanın rəhbəri və bütün kollektivi 65 iliyinən əlaqədar səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, "Şahdağ" elitada yenə iştrak etsin. Və qələbələriniznən bizi və azarkeşləri sevindirsin. Böyük uğurlar "Şahdağ"a!"

Qusar klubunu əziz gündə unutmayanlara arasında "Qarabağ"ın futbolçusu Namiq Ələsgərov da var: "Mən bir keçmiş "Şahdağ"ın futbolçusu, həm də bir qusarlı kimi, bu 65 il münasibətiynən komandanı təbrik edirəm. Arzu edirəm ki, rayonumuzu yenidən yüksək liqada təmsil eləsin və böyük uğurlar qazansın. Bizidə sevindirsin".

 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30