19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Afinadakı oyun “Qəbələ”nin adı üçün çox önəm daşıyırdı”

“Qəbələ” UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Panatinaikos”la səfər matçında (2:2) qrup mərhələsinə vəsiqə qazanıb. Futbolxeber.az-ın məlumatına görə, ilk oyunda qolsuz heç-heçəyə nail olan “qırmızı-qaralar” rəqib meydanında vurulan 2 qol sayəsində Yunanıstan təmsilçisini mübarizədən kənarlaşdırıb. Hər iki qola komandanın kapitanı Dodo imza atıb. Braziliyalı yarımmüdafiəçi görüşdən sonra fikirlərini gabalafc.az-a açıqlayıb: “Panatinaikos”la oyun çətin keçdi. Belə olacağını əvvəldən bilirdik. Bu üzdən də konsentrasiya üzərində çox çalışmışdıq. Mən bütün komanda yoldaşlarımla birlikdə psixoloji cəhətdən tam köklənmişdik. Qələbə üçün mübarizə aparmağı qarşımıza hədəf qoymuşduq. Çünki “Qəbələ” üçün Yunanıstan klubu ilə oyun çox vacib idi. Bu matç həm bütün futbolçular, həm “Qəbələ”nin adı üçün çox önəm daşıyırdı. Biz bu oyunda ürəyimizi qoyub, var qüvvəmizlə mübarizə apardıq. Ola bilsin ki, komanda istədiyi kimi çıxış edə bilmədi, amma əsas önəmli olan nəticədir. Biz də bunu bacardıq. İndi “Qəbələ”nin özünü, adını Avropada tanıtmaq vaxtıdır. Hədəfimizə çatdıq. Bizi qarşıda qrup mərhələsi gözləyir. Çalışacağıq ki, orada da layiqli çıxış edib, azarkeşlərimizi sevindirək. Bunun üçün bütün bacarığımızı ortaya qoyacağıq. “Panatinaikos”la matçda iki qol vursam da, qazandığımız bu nəticə bütün komandanın uğurudur. İlk qolda Rikardinyo, ikincidə Aleksey Qay ötürmə etməsəydi, mən fərqlənə bilməzdim. Nəticə qazanmışıqsa, bunu bütün komanda ilə etmişik. Son 10 dəqiqəni daha çox müdafiədə keçirməyimiz onunla bağlıdır ki, həm rəqib daha çox hücum edirdi, həm də nəticə bizim üçün sərfəli idi. Yaratdığımız qol imkanlarını qaçırdığımıza gəlincə, hər bir futbolçu qol vurmasını istəyər. Bu isə bəzən alınır, bəzən alınmır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30