24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

İspaniyalı hücumçu "Neftçi"də

“Neftçi” PFK hücumçu Antonio Quinta (Anyete) ilə müqavilə imzalayıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu 2015/2016 mövsümünün sonunadək komandanın formasını geyinəcək.

Qeyd edək ki, “Real Sosyedad” klubunun (2004-2008) yetirməsi olan Anyete İspaniyanın “Koria” (2008-2009), “San Roke” (2009-2010), “Real Xaen” (2010-2011), “Seuta” (2011-2012), Yunanıstanın “Olimpiakos Volos” (2012-2013), “Niki Volos” (2013-2014) və Bolqarıstanın “Levski” (2014-2015) klubunda çıxış edib. Hücumçu son mövsümdə “Levski”nin heyətində 28 oyunda 14 qol vurub.

Anyete keçidi ilə bağlı klubun rəsmi saytına açıqlama verib: “Çox xoşbəxtəm. Uzun danışıqlardan sonra artıq deyə bilərəm ki, “Neftçi”nin futbolçusu oldum və bununla qürur duyuram. Komanda ilə bağlı bəzi məlumatlarım var. Artıq bilirəm ki, böyük tarixə malik olan “Neftçi” ölkənin ən yaxşı komandalarından biridir. Harada olduğumu anlayıram. Bu mənim üçün yeni təcrübədir. Burada olduğum üçün qürur hissi keçirirəm. Azarkeşlərin mənim komandada olmağımdan özlərini xoşbəxt hiss etmələri üçün əlimdən gələni edəcəyəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30